Bu gün Tiflisdə Vahid Milli Hərəkat (VMH) Partiyası seçkiqabağı yekun aksiyası keçirib.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə VMH Partiyasının lideri David Bakradze çıxış edib. O, çıxışında seçiciləri oktyabrın 8-də keçiriləcək parlament seçkilərində səs verməyə çağırıb.
 
Aksiyada dünən avtomobili partladılan VMH partiyasının lideri, Gürcüstan parlamentinin deputatı Givi Tarqamadze insidentlə  bağlı fikirlərini açıqlayaraq hadisənin terror aktı olduğunu bildirib.
 
Tədbirdə sabiq prezident Mixail Saakaşvilinin həyat yoldaşı, Zuqdidi bölgəsindən parlament seçkilərində deputatlığa namizəd irəli sürülən Sandra Rulofs və digər partiya üzvləri çıxış ediblər. Sandra Rulofs çıxışında Mixail Saakaşvilinin Gürcüstana gəlişindən söhbət açıb. Onun sözlərinə görə, VMH partiyası yenə hakimiyyətə qayıdacaq: "Biz inkişaf prosesinə qayıdacaq və Gürcüstanı gücləndirəcəyik.”
 
Tədbirdə Mixail Saakaşvilinin video-müraciəti səsləndirilib. O, oktyabrın 8-də baş tutacaq parlament seçkilərini tarixi gün adlandırıb və seçkilərdə qələbə qazanacaqlarına ümid etdiyini qeyd edib. M. Saakaşvili yekun aksiyada canlı şəkildə tədbir iştirakçılarına Gürcüstanın gələcəkdə inkişaf edəcəyini bildirib.  Aksiyada işğal olunan torpaqlar barədə müxtəlif şüarlar qaldırılıb. Çıxışlar başa çatdıqdan aksiya iştirakçıları Gürcüstan parlamentinin Tiflisdəki binasınadək yürüş ediblər.
 
Vahid Milli Hərəkat Partiyasının lideri David Bakradze APA-ya açıqlamasında yüz minlərlə Gürcüstan vətəndaşlarının oktyabrın 8-də qələbə gözlədiklərini bildirib: "Seçkilərdə hamı dəyişiklik gözləyir. Gürcüstan irəliyə hərəkət etməlidir. Ölkəmizin iqtisadiyyatı inkişaf etməlidir. Yeni iş yerləri yaradılmalı, əhali, ailələr firavan həyat sürməlidir. Bu gün bütün seçicilər bunu gözləyir. Biz də bu seçkilərdə qələbəmizi gözləyirik. Bizimlə birlikdə yüz minlərlə Gürcüstan vətəndaşı da bu qələbəni gözləyir,” D. Bakradze bildirib.





Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300