Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” ndan kredit götürərək qaytarmamaqda və mənimsəmədə təqsirləndirilən "İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru İsmayıl Timuçinoviç Hidayət-Zadənin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

"Report”un xəbərinə görə, İ.Hidayət-Zadə 7 il müddətinə azadlıqdan

məhrum edilib. Hökmdən narazı qalan İ.Hidayət-Zadə apellyasiya şikayəti verib.

İ.Hidayət-Zadə 2015-ci ildə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən saxlanıb. "İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru olmuş İ.Hidayət-Zadə "Azərbaycan Beynəlxalq Bankı” ASC-dən 100 milyon dollar kredit götürərək qaytarmamaqda günahlandırılıb. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İ.Hidayət-Zadə Cinayət Məcəlləsinin 179.3.2-ci(mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

İ.Hidayət-Zadə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş sədri Cahangir Hacıyevin bacanağıdır.

Cahangir Hacıyev və bir qrup keçmiş bank əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300