Əhməd Qəşəmoğlu: "Bu, doğru addımdır”

Bir sıra mağazalar siqaret və spirtli içki satmırlar. Həmin marketlərin sahibləri bunu dini inancları ilə əlaqələndirirlər. Alıcılar isə bəzən bundan narazılıq edir və hüquqlarının pozulduğunu deyirlər. Hətta elə şəxslər olur ki, getdiyi mağazada siqaret satılmadığını eşidəndə satıcı ilə mübahisə belə edir. Qeyd edək ki, bir çox Avropa dövlətlərində elə mağazalar var ki, orada siqaret və ya spirtli içki satılmır. Məsələn, dünyaca məşhur olan "Migros” mağazalar şəbəkəsi bir mənalı olaraq spirtli içki satmır. "Migros”la yanaşı "Carrefour”, "Metro”, "MacroCenter” mağazalar şəbəkəsi də spirtli içki satmır.
Azərbaycanda spirtli içki və siqaret satmayan mağazalar isə çox azdır. 

Bizdə hətta təhsil müəssisələri yaxınlığında siqaret, spirtli içkilər satılır ki, bu da uşaqların və gənclərin pis vərdişlərə yiyələnməsinə səbəb olur. Azərbaycanda 12 yaşlı uşaq da gedib siqaret, spirtli içki istəyəndə bir çox mağazalar satırlar. Hansı ki, qanunla alkoqollu içkidən istifadə etmək və satın almaq üçün gənclər 18 yaşını bitirməlidir. 

Həmçinin, Avropadakı bir çox ölkədə spirtli içki satışı universitetlərin yataqxanası və məktəblərin ətrafındakı mağazalarda, kafelərdə qadağandır. Amerikada isə alkoqoldan istifadə yaşı 21-dir. Hazırda ABŞ-da 13 ştatında siqaret qadağası qismən və ya tamamilə tətbiq olunur. Nyu-York, Kaliforniya, Vaşinqton daxil olmaqla 27 əyalətdə bar, restoran, iş yerlərinin yanında, məktəb və xəstəxanalara aid açıq sahələrdə də siqaret çəkilməsi qadağandır. Burada siqaret alarkən şəxsiyyət vəsiqəni göstərmək şərtdir. Türkiyədə isə ictimai yerlərdə siqaret çəkmək qadağandır. Azərbaycanda da 18 yaşını bitirməyənlərə siqaret və spirtli içki satmaq qanunla qadağan olsa da, təəssüf ki, bu qanunlara riayət edən yoxdur.

Maraqlıdır, hər hansısa mağazada spirtli içki və siqaretin satılmaması istehlakçı hüququnun pozulmasıdırmı?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, burada istehlakçı hüquqlarının pozulması halı yoxdur: "Mağazaların vəzifəsidir ki, bütün mallara, xidmətlərə istehlakçıların əl yetərliliyi təmin olunsun. Lakin birmənalı şəkildə insanlara zərər olan mallara və xidmətlərə nə qədər əl yetərlilik az olarsa, o əslində insanlara xeyirli olar. Hər bir satıcı heç bir qanunla cavabdeh deyil ki, bütün istehlak edilən malın hamısı burada olmalıdır. Qanunda satıcının üzərində belə bir cavabdehlik yoxdur. Yəni mağazada siqaretin və ya spirtli içkinin satılmaması istehlakçı hüququnun pozulması deyil”.

Sosioloq Əhməd Qəşəmoğlu bu cür qadağaların çoxalmasının daha yaxşı olduğunu dedi: "Bu cür qadağaların xarici ölkələrdə də nümunələri çoxdur. Bunun heç birinin dini məsələlərə dəxili yoxdur. Spirtli içki satmayan mağazanı dindar olmaqda ittiham etməklə cəmiyyətdə yanlış fikir yaradırlar. Bu addımla sanki o satışın qarşısını alanlara qarşı hərəkətə keçirlər. Əhalinin sağlamlığına, keyfiyyətinə təsir edən istənilən bir sahədə məhdudiyyət məqsədə uyğundur.  Çünki bilirik ki, siqaret və spirtli içkilər fiziki sağlamlığa nə qədər ziyan vurur. Ona görə də düşünürəm ki, bu doğru addımdır. Yaxşı olar ki, təhsil müəssisələrinə yaxın yerlərdə, gənclərin daha çox toplaşdığı yerlərdə birmənalı olaraq bu cür qadağalar çoxalsın. Mən dəfələrlə görmüşəm ki, siqaret, spirtli içki satılan mağazalar təhsil müəssisələrinin, institutların yanında çoxdur və uşaqları bu kimi pis vərdişlərə öyrəşdirirlər”.


// Günel MANAFLI, Musavat.com 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300