Son vaxtlar  SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevi sərt tənqid edilir. Həm də haqlı olaraq...Bir müddət əvvəl Miq.az-a daxil olan şikayət məktubunda da vətəndaşlar "Azəriqaz"ın işindən narazılıqlarını bildirmişdilər. Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən 37 saylı binanın sakinləri Miq.az-ın redaksiyasına "Azəriqaz"la bağlı şikayət məktubunda bildirirdilər ki, adıçəkilən ərazidə sakinlər bir gün normal mavi yanacaq işlədə biliblər. O da cənab prezident İlham Əliyevin bu ərazidə yerləşən 247 saylı məktəbin açılışına gəldiyi zaman. Həm də bir günlük...

Sakinlər deyir ki, biz neyləməliyik? Kimə şikayət ünvanlamalıyıq? Kimə şikayət ediriksə, qulaqardına vururlar. Bu ərazidə xüsusi yerlər var ki, ora pulunu alıb qazın təzyiqini normadan artıq da vururlar... Amma bizim binalarda və bu ərazidə yerləşən sənaye obyektlərində qazın təzyiqi"ölü" normada verilir.

Ərazidə yerləşən başqa bir obyektin sahibi, iş adamı İlqar Əhmədov da verilən qazın təzyiqindən gileylənir. İş adamının dediyinə görə, Nəsimi rayonunda yerləşən Qaz idarəsinin əməkdaşlarına, qaynar xəttə və qəza xidmətinə nə qədər müraciət etsə də, nəticəsi olmayıb. Əvəzində ona bürokratik əngəllər yaradaraq, get-gələ salıblar.

Sakinlər redaksiyamıza bildirilər ki, biz vətəndaşlar ölkə başçısı cənab İlham Əliyevə müraciət edirik ki, şikayətimizə baxsınlar. Övladlarımızı məktəbə ac-susuz yola salmayaq.  

Hətta bayramlarda belə mavi yanacaq üzünə həsrət qalan sakinlər onu da bildirdilər ki, rayon qaz idarələrinin ləğvini başa düşürük, amma qazın kəsilməsini və məhdudiyyətlərlə verilməsini isə başa düşə bilmirik...

"Azəriqaz” rəhbərliyi istefaya çağırıldı – "Narazılıq yaradır, həbs olunmalıdır!”

"Uşağımı aparıb "Azəriqaz” rəhbərinin otağında çimizdirərdim”
  
"Azəriqaz” İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyev istefaya göndərilməlidir”. Miq.Az BakiPost.az-a istinadən xəbər verir ki, bu sözləri "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" ictimai birliyinin sədri Mirvari Qəhrəmanlı deyib.

Onun sözlərinə görə, qurumun rəhbərliyi öz vəzifə borcunu yerinə yetirə bilmədiyi üçün əhalinin qazla təminatında ciddi problemlər yaranıb: "Bir günün içində ölkədə əhali arasında böyük narazılıq yarandı. Bu narazılığa görə onu işdən çıxarmaq lazımdır. Çünki o, ölkənin qazla təminatına cavabdeh şəxsdir. Onu vəzifə sahibi ediblər. Baxıram ki, müxtəlif bəhanələr gətirirlər. Azərbaycan Avropaya qaz ixrac edir, amma bizim elə rayonlarımız var ki, hələ indi qazla təmin olunur”.

M.Qəhrəmanlı qeyd edib ki, "Azəriqaz” rəhbərliyi sosial narazılıq yaratdığı üçün prezident qarşısında hesabat verməlidir: "İki gündür ki, insanlar əziyyət çəkir, körpə uşağı olan ailələr var. Mən o adamların yerində olsam, uşağımı aparıb Əkbər Hacıyevin otağındakı hamamda çimizdirərdim. Günahkardırlar, səlahiyyətlərini belə bilmirlər. İşlərini düzgün qura bilmədikləri üçün ölkə əhalisini pis vəziyyətə salıblar. Ona görə də bu rəhbərlik nəinki istefaya göndərilməli, hətta məsuliyyətə cəlb olunmalıdır”.
 
Qeyd edək ki, havaların kəskin soyumasından sonra paytaxtın əksər yerlərində mavi yanacağın verilişi dayandırılıb. Bu isə əhalinin hiddətinə səbəb olub. //Miq.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300