Məşhur azərbaycanlı iş adamı Mustafa Tayat İstanbulda keçmiş işçisi tərəfindən aldadılaraq qaçırılıb. 

Musavat.com-un məlumatına görə, iş adamını oğrlayanlar 10 min dollar pulunu götürüb, "fidyə" aldıqdan sonra onu bir xəstəxananın qarşısına atıblar. Hadisə İstanbulun Sarıyer rayonunda baş verib. İddialara görə, M. Tayata zəng edən Lətifə adlı keçmiş işçisi onunla görüşmək istədiyini bildirib. Qadının verdiyi ünvana gedən M.Tayat naməlum 2 maskalı şəxs tərəfindən oğurlanıb. 

İş adamına işgəncə verən şəxslər bunu şantaj məqsədi ilə videoya da çəkiblər. Maskalılar onun üzərindəki 10 min dolları götürüblər. İş adamını azad etmək üçün isə böyük məbləğdə pul tələb edildiyi bildirilib. Daha sonra bir xəstəxananın qarşısına atılan yaralı iş adamı xəstəxana işçiləri tərəfindən tapılıb və müalicəyə alınıb. 

Xəstəxanadan polisə məlumat verilib. Sağlıq mərkəzinin qarşısındakı təhlükəsizlik kameralarını izləyən polislər 2 şübhəlini həbs edib. 

Qeyd edək ki, Mustafa Tayatin Azərbaycanda şirkəti var. O, bir sıra geyim mağazaları zəncirinin sahibidir. Türkiyə saytları məşhur iş adamının milliyyətcə azərbaycanlı olduğunu qeyd edib.



FOTO: SOZCU

FOTO: SOZCU

mustafa tayat ile ilgili görsel sonucu

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300