Məşhur braziliyalı futbolçu Ronaldinyo Bakıya gəlib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının(AFFA) mətbuat xidmətinin rəhbəri  Mikayıl Nərimanoğlu bildirib ki, Ronaldinyonun Azərbaycana gəlməsinin AFFA ilə əlaqəsi yoxdur.

"Qəbələ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin sözlərinə görə, Ronaldinyonu Bakıya "Qəbələ”nin prezidenti Tale Heydərov gətirib.

Ronaldinyonun Bakıya "Qəbələ” futbol klubu ilə əməkdaşlıq üçün dəvət olunduğu bildirilib.

"Bu gün saat 16:00-da Bakı Olimpiya Stadionunda Ronaldinyo ilə "Qəbələ” klubunun əməkdaşlığına dair  mətbuat konfransı keçiriləcək. Konfransda bütün suallar cavablandırılacaq”.

Qeyd edək ki, "Qəbələ”nin prezidenti Tale Heydərov Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğludur.

"Barselona”, PSJ və "Milan”ın sabiq futbolçusu Ronaldinyo 2002-ci ildə Braziliya yığmasının heyətində Koreya və Yaponiyada keçirilən dünya çempionatının qalibi olub.

2005-ci ildə Avropanın ən yaxşı futbolçusu adına layiq görülərək "Qızıl top” mükafatını qazanıb.

FİFA-nın versiyasına görə, 2004 və 2005-ci illərdə dünyanın ən yaxşı futbolçusu seçilib. (modern.az)


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300