"And olsun ki, Allah bunları hesablamış, və təkrar-təkrar saymışdır" Quran, 19:94.

Xəbər verildiyi kimi, göyərtəsində Türkiyənin "Fənərbaxça” komandasının futbolçuları olan "Embraer-195” markalı  təyyarə Macarıstanın paytaxtında qəza enişi edib. Futbolçular Londona başqa təyyarə ilə yola salınıb. 

Elmi-lədun araşdırmalarımız göstərir ki, bu qəza da özündən əvvəlkilər kimi, astronomik hadisələrlə və biri-biri ilə riyazi şəkildə əlaqələnir. Bu əlaqə özünü bir qayda olaraq 114 və 555 ədədləri ilə büruzə verdiyi üçün bu ədədlərin mahiyyətini açan düsturu bir daha diqqətinizə çatdırıram. 

Beləliklə, "Quran” niyə 114 surədir?

"Quran” özündən əvvəlki səmavi kitabları təsdiq etməklə yanaşı, həm də öz-özünü riyazi yolla təsdiq edən möcüzəli kitabdır. Araşdırmalarımız sübut edir ki, bu müqəddəs kitabda bütün surə və ayələr Allaha məxsus olduğu kimi, onların düzülüşü və nömrələnməsi də birbaşa Onun iradəsi ilə baş vermişdir.
Məsələn, götürək Quranın 114 surədən ibarət olmasının sirrini. Sual yarana bilər ki, niyə məhz 114? Başqa ədəd ola bilməzdimi? Bunun tərtibçilərin iradəsi ilə deyil, məhz Allah-təalanın iradəsi və qərarı ilə baş tutmasını aşağıdakı düsturdan görəcəksiniz:
Kainatın 4 cəhətdən;
Təbiətin 4 fəsildən ibarət olmasını;
İnsanın 4 ünsürdən yaranmasını;
Quranın 4-cü səmavi kitab olmasını nəzərə alıb, bu müqəddəs kitabın ilk dörd surəsində olan ayələri cəmləyək:


7 + 286 + 200 + 176 = 669

Həmçinin, bu 669 ayələrə diqqətlə fikir versək, görərik ki, burada bəşəri dəyərlər çox mülayimliklə təbliğ edilir və heç bir cəzadan söhbət açılmır. Buna görə də 669 ədədi "Quran”da bəşəri dəyərlər, mülayimlik rəmzi sayılır.
Bəşəri dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr isə 9 rəqəmi (Qeyd edim ki, 9 TÖVBƏ surəsinin sıra nömrəsidir.) ilə gəlir və sayı 11 olan bu (9, 19, 29, 39, ......109)  surələrdəki ayələri cəmləsək, 555 ədədi alınar. Bu ayələr isə, bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən  555 ədədi "Quran”da sərtlik, cəza rəmzi sayılır.
Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, sərtlik və cəza rəmzi olan 555 ədədini çıxaq: 

669 – 555 = 114

Göründüyü kimi, mülayimliklə sərtliyin fərqi "Quran”ın surələrinin sayı olan 114 ədədini göstərir.
Düsturdan o da məlum olur ki, müqəddəs kitab  mülayimliklə sərtliyin vəhdətindən ibarətdir. Necə ki, Rəbbim 13-cü surənin 6-cı ayəsində buyurur:

"Həqiqətən, Rəbbin insanların zülümlərinə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!" 13:6

Ağıl sahiblərinin diqqətinə çatdırım ki, "Quran”ın mahiyyətini açan və Allahın iradəsi, qərarı ilə düzüldüyünü təsdiq edən bu düstur əslində insan beyninin məhsulu deyildir (necə əldə etdiyimizi sonda yazarıq).
İndi isə, qayıdaq Türkiyə futbolçularını daşıyan təyyarənin qəza keçirməsinə.  Hesablamalarımız göstərir ki, bu qəza özündən əvvəlkilərlə məhz 114 və 555 ədədləri ilə bağlanır.  

1) Xatırladım ki, 26 iyun 2016-cı il tarixdə London hava limanında "A-330” təyyarəsində yanğın baş verdi. "Fənarbaxça” futbolçularını daşıyan təyyarə qəzaya uğrayanda həmin hadisənin 114-cü (!) günü idi.


2)  4 mart 2016-cı il tarixdə İstanbuldan havaya qalxan üç sərnişin təyyarəsini eyni saatda ildırım vurduğundan, üçü də geri qayıtdı. Türkiyə futbolçuları uçaq qəzası keçirəndə həmin hadisənin 228-ci günü idi ki, bundan da "Quran”ın surələrinin sayını çıxsaq yenə də müqəddəs kitabın rəmzi (Allahın kodlaşdırılmış "möhürü”) olan 114 ədədi alınar:

228– 114 = 114

3) Yadınıza salım ki, 13 aprel 2015-ci il tarixdə Yaponiyada "A-320” markalı təyyarə qəza keçirmişdi. Dünən Türkiyə futbolçuları analoji qəza keçirəndə həmin hadisənin 555-ci günü idi ki, bu da "Quran”da tövbə və cəza rəmzi sayılır. 

4) Bu il aprelin 8-də ABŞ-da "Çessna-206” markalı təyyarə qəzaya uğradı. Dünən "Fənarbaxça” komandası qəza keçirəndə həmin hadisənin 195-ci günü idi ki, bu da futbolçuları daşıyan təyyarənin üzərinə həkk olunub: "Embraer-195”!
Və s.

Oxucuları yormamaq üçün hesablamaları çox uzatmırıq. Bu və digər araşdırmalar sübut edir ki, bütün təyyarə qəzaları biri-biri ilə zəncirvari əlaqəlidir. Bu əlaqələrin "Quran” rəmzləri ilə özünü biruzə verməsi bəşəriyyətin diqqətini müqəddəs kitaba yönəldir. Bu kitabda bizdən qabaq yaşamış və həddini aşmış qövmlərin necə cəzalanmasından bəhs olunur və bizlərə bundan ibrət almaq tövsiyyə olunur. Elmi-lədun araşdırmalarımız göstərir ki, baş verən qəza və zəlzələlər əslində həmin yolazmış qövmlərin başına gələnlərin indiki zalım və zülümkar qövmlərin də başına gələcəyinə bir xəbərdarlıq siqnalıdır. 
İnsanlar bu kodlaşdırılmış xəbərdarlıqlardan nəticə çıxararaq tövbə edib doğru yola qayıtmalıdırlar. 

O ki, qaldı "Quran”ın niyə 114 surədən ibarət olmasının sirrini açan düsturu necə kəşf etməyimizə, bir daha bildirim ki, lədun elminin fundamenti sayılan bu düstur (və bundan əlavə "Məhəmməd" və "İbrahim" surələrinin sıra nömrələrindəki sirri açan iki düstur) Neftçala rayonunun Qaraimanlı kəndində yaşayan iman və mərifət sahibi, Hacı Xalid Saday oğluna Həzrət Cəbrayıl əleyhissəlam tərəfindən  vəhy yolu ilə nazil olub  və ona bildirilib ki, sabah Paşa adında bir nəfər sizə qonaq gələcək, bu üç düsturu ona verib, insanlara çatdırılmasını tapşırarsan (neçə illər idi ki, mən bu düsturu kəşf etməyə çalışırdım).  Nəhayət mən səhər onlara qonaq gedəndə düsturu mənə verdi. Demək olar ki, izahsız (yarımfabrikat) formada idi. Günlərlə üzərində işləyib, sadə insanların anlayacağı hala gətirdim. Baş verən bütün sirli hadisələrin üzərindən sirr pərdəsini məhz bu düsturla qaldırdıq.  Məncə ağıl sahibləri üçün burada böyük hikmətlər var (xırdalamaq istəmədiyimiz hikmətlər).

 Söz ardı: bəzi fanatik dindarlar yazımızın axırıncı abzastlarına etiraz edəcəklər ki, indi Həzrət Cəbraildən vəhy qəbul etmək olmaz (?). Bildirim ki, düzdür,  indi həyatda yolazmış və pozğun həyat tərzi keçirən kütlə sayca daha çoxdur. Amma, nəzərə almaq lazımdır ki, bunu bütün əhaliyə şamil etmək olmaz, cəmiyyətimizdə tövbəkar, qəlbini Allaha bağlamış az da olsa qullar var. Allah Öz qullarına vəhy etməkdə aciz deyildir. Bir də ki, siz Allah-təalanın varlığını (hazırda diri olub dünyanı idarə etməsini), Həzrət Cəbrailin varlığını (hazırda diri olmasını) qəbul edirsinizsə, onların kiməsə vəhy etməsini niyə qəbul edə bilmirsiniz?! (Yoxsa, məscidlərdə narkotik satan və satdıranları görüb elə bilirsiniz hamı onlar kimidir?) Görmürsinizmi ki, "Quran”ın "Bal arısı” surəsində Rəbbim istədiyi quluna vəhy göndərə biləcəyini açıq-aşkar bildirib:

"Allah Öz əmri ilə mələkləri (Cəbraili) vəhy ilə bəndələrindən istədiyinə (!) göndərib belə buyurar: "İnsanları əzabımla qorxudub (bu həqiqəti Mənim adımdan onlara) bildirin: "Məndən başqa heç bir tanrı yoxdur. Məndən qorxun!” 16:2

Ayədən göründüyü kimi, hər bir kəs tövbə edərək qəlbini Allaha bağlayarsa və Rəbbin imtahanlarından üzüağ çıxarsa, daim diri olan və Kainatı bəndələrinin əli ilə idarə etməkdə olan Allah-təala ona vəhy edə bilər. Həra halda aramızda buna layiq adamların olması təəccüblü deyil...

 Tədqiqatçı yazar-Paşa Yaqub
 
Moderator.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300