Oktyabrın 18-də Şəkidə Regional Perinatal Mərkəzdə növbəti körpə faciəsi yaşanıb.

Şəki sakini Aidə İlyaslının qohumlarından doğulan körpəyə görə əvvəlcə muştuluq alınsa da, sonradan körpənin ölü doğulduğu bildirilib.

"KÖRPƏ BAXIMSIZLIQDAN ÖLÜB”

Aidə İlyaslı xəstəxanaya həmin gün səhər saatlarında yerləşdirilib. Ailə üzvü Sədaqət İlyasova deyir, doğuşun ləngiməsi onları narahat edib. Həkimlərdən körpənin qeysəriyyə əməliyyatıyla götürülməsini xahiş etsələr də, həkimlər razılaşmayıb:

"Doğuş ləngidikcə narahat olmağa başladıq. Dedik, "əgər təbii doğuş mümkün deyilsə, əməliyyatla götürün”. "Həkimin işinə qarışmayın”, deyib, hamımızı dəhlizdən çölə çıxartdılar. Saatlarla gözlədik, nəhayət, biri gəlib muştuluqladı. Dedi, təbii doğuş olub, sağlam körpə doğulub. Ancaq sevincimiz uzun çəkmədi, bir azdan xəbər verdilər ki, uşaq ölüb. Daha doğrusu, gah dedilər, ölüb, gah dedilər elə əvvəldən ölü doğulub... Biz bütün günü həkimləri axtardıq ki, doğru-dürüst məlumat alaq. Otaqlarına girib qapını arxadan bağlamışdılar”.

Sədaqət xanım düşünür ki, körpə ölü doğulmayıb, baxımsızlıqdan ölüb: "Hətta ölü doğulubsa da, bunun məsuliyyəti həkimlərdədir. Aidənin durumunun yaxşı olmadığını görürdük. Dəfələrlə xahiş etdik ki, təbii doğuş alınmırsa, əməliyyat etsinlər. Görünür, əməliyyata görə əlavə pul vermək lazım imiş, ona görə də etmədilər”.

"BİZDƏ MUŞTULUQ ALINMIR”

Şəki Regional Perinatal Mərkəzdən AzadlıqRadiosu-na bildirilib ki, körpə ölü doğulub və bu barədə ailə üzvləri dərhal məlumatlandırılıb. "Körpə istər ölü, istər diri doğulsun, bizim xəstəxanada nə pasientdən, nə də yaxınlarından muştuluq alınmır”, – deyən xəstəxana işçisi telefonu qapadıb.

İlyasovlar ailəsinə hələ də qaranlıqdır: körpə ölü doğulub, yoxsa sonradan ölüb.

Hüquqşünas Vaqif Alıyev deyir, bunun üçün ailənin ərizəsi əsasında ekspertiza keçirilməlidir.

"Əgər şübhələri varsa, rayon prokurorluğuna ərizə ilə müraciət edə bilərlər”, – hüquqşünas deyir.

 
 
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300