"Sahibkarlara bu günə qədər bir milyard manat məbləğində güzəştli kreditlər verilib. Ancaq hər bir rayonun rəhbər orqanları özləri çalışmalıdır, şərait yaratmalıdır, sahibkarları cəlb etməlidir və onların fəaliyyətinə buna görə qiymət veriləcək”.

APA-nın məlumatına görə, bunu dövlət başçısı İlham ƏliyevAğstafada "Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında müəssisənin işçiləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.  Dövlət başçısı deyib ki, indi fermer olmaq yenə də şərəfli işə çevrilir:

"Xüsusilə dövlət dəstəyi, yaradılan imkanlar nəzərə alınır, subsidiyalar verilir, güzəştlər edilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Gübrə, yanacaq, texnika güzəştli şərtlərlə verilir. Bu, dövlət siyasətidir. Hər bir sahibkar məsuliyyətli olmalıdır və Vətəni sevməlidir”. Dövlət başçısının sahibkarların Azərbaycana cəlb edilməsi ilə bağlı icra başçılarının üzərinə məsuliyyət qoyması səbəbsiz deyil. Hələ bir müddət əvvəl məlumat var idi ki, icra başçılarına xaricdə, daha doğrusu Rusiyada yaşayan və bizneslə məşğul olan yaxınlarını, tanışlarını Azərbaycana gələrək burada biznes qurmağa təhrik etmək tapşırılıb. Diasporla İş üzrə Dövlət Komitəsinin də prosesə cəlb olunduğu bildirilirdi. Bakıda keçirilməsi nəzərdə tutulan biznes forum da bu planın tərkib hissəsidir. Lakin gözlənilənlər baş vermədi. Biznes forumun keçirilməsi qeyri-müəyyən müddətə təxirə salındı. İddialara görə, ölkəsi başçısı bu olanlardan hiddətlənib. Onun icra başçılarının üzərinə məsuliyyət qoyması belə qənaətə səbəb olub ki, dövlət başçısı onların məsələyə laqeyd yanaşdığını düşünür. Ehtimal olunur ki, yaxın aylarda ölkəyə investor cəlb etmək barədə tapşırığın öhdəsindən gələ bilməyən icra başçıları vəzifələrini itirə bilər. Zatən, İlham Əliyev də onların fəaliyyətinə buna görə qiymət veriləcəyini açıq şəkildə bəyan edib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300