Bu ilin sentyabrında Azərbaycanda 49 qida zəhərlənməsi faktı qeydə alınıb.
 
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya deyib ki, qida zəhərlənməsi nəticəsində 81 nəfər zərər çəkib. Ötən ay qeydə alınan 2 botulizm hadisəsi nəticəsində isə eyni sayda - 2 zəhərlənmə qeydə alınıb.
 
İ. Abdullayev qeyd edib ki, bu ilin 9 ayında Azərbaycanda qeydə alınan 520 qida zəhərlənməsi nəticəsində 773 nəfər zərər çəkib. Yanvar-sentyabr aylarında 29 botulizm hadisəsi nəticəsində 34 zəhərlənmə qeydə alınıb. Bu müddətdə qida zəhərlənməsində 1 ölüm baş verib. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300