Bütün dünyanın diqqəti Suriya və İraqda olduğu bir vaxtda Türkiyə mətbuatı 1980-ci ildə qiyam yolu ilə hakimiyyətə gələn mərhum prezident Kənan Evrənin bu məsələlərlə bağlı maraqlı açıqlamasını gündəmə gətirib.

 

Axar.az xəbər verir ki, Evrən 1998-ci ildə iştirak etdiyi televiziya proqramlarının birində Prezident Turqut Özalın hələ 1991-ci ildə Mosul və Kərkükü almağı planlaşdırdığını demişdi.

 

"O zaman prezident deyildim. Ziyarətimə gələn Turqut Özalın yanında başqa şəxslər var idi. O: "Biz İraqa girsək necə olar? Mosul və Kərkükü ala bilərik",- dedi. Mən də ona qətiyyən bunu etmə. Ərəb dünyası bizə qarşı gələr. Doğrudur, ərəblər bizimlə dostdur, amma bizə qarşı çıxarlar. Digər tərəfdən də o, şəhərləri bizə verməzlər söylədim”, - deyə Evrən bildirib.

 

Mərhum prezident 18 il əvvəlki açıqlamasında tarixi "Sevr" müqaviləsinin heç bir zaman gündəmdən düşmədiyini də əlavə etmişdi:

 

"Sevr” razılaşmasını mənim prezidentlik dönəmimdə də canladırmaq istədilər. Bunu demişdim. Həm kürd dövlətinin qurulmasını, həm də 3 vilayətimizin verilməsi məsələsini müəyyən zamanlarda dilə gətirmişdilər. İndi də eyni məsələlər müzakirə edilir. Lakin bunu heç bir vaxt həyata keçirə bilməzlər”.

 

Qeyd edək ki, ötən il vəfat edən Kənan Evrən 1980-ci ildə hərbi qiyam yolu ilə hakimiyyətə gəlmiş və 9 il ölkəni idarə etmişdi.

 

Turqut Özal isə 1989-1993-cü illərdə Türkiyədə prezidentlik postunu idarə etmişdi.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300