Jurnalisti məhkəmə,şikayətçini ölümlə hədələyən İlham Hocanın sərgüzəstləri davam edir.
 
Uluyol.info xəbər portalında yayımlanan Qazaxda Cümə məscidi radikal qrupların əlində,İmam Zaman(ə) məscidi dağıdılır" başlıqlı araşdırma yazımızdan sonra saytın məhkəməyə veriləcəyi ilə bağlı hədə-qorxu gəldi.Belə ki,araşdırma yazımızda öz hesabına həyətyanı sahəsində məscid inşa etmiş,bütün lazımı avadanlığın almış Seyid Rəşad Ələkbərovun məscidi qeydiyyata alınması işində süni əngəllər ortaya çıxmışdı.Bizdə məscidin dövlət qeydiyatına alınmasında yaranan problemləri,məscidin fəaliyyətindən narahat olan qüvvələri üzə çıxarmışdıq.Sonda adı çəkilən şəxslərin mövqeyin dərc etməyə hazır olduğumuzu xüsusi vurğulamışdıq.
 
Xatırladaq ki,məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi mətbuat xidməti ilə əlaqə saxlamış və onlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yönləndirmişdi. Komitəyə zəngimizə cavab olaraq yazılı sorğu istədilər.Bizdə qaranlıq qalan məqamlara cavab almaq üçün sorğumuzu yolladıq.İki həftə gözləsək də cavab gəlmədi.Qərara aldıq ki,adı çəkilən mövzunu ictimailəşdirək.Yazıda adı çəkilən şəxs -Süleymanov İlham Alı oğlu bizi məhkəmə ilə hədələdi.Barəsində yazılan iddiaları qəbul eləmədi və bizdə məhkəməyə verəcəyi sözlərinə dəstək olaraq"buyurun məhkəmədə görüşərik".Ötən yazımızda adı keçən İlham Hocanın məscidin fəaliyyətinə yaranmış problemlərin səbəbkarı kimi göstərilmişdi.Həmin hissəni təkrar təqdim edirik"Araşdırma zamanı məscidin qeydiyyat məsələsində yaranan problemin arxasında dayanan maraqlı adlarla qarşılaşdıq.Beləki, İlham Hoca kimi tanınan - Süleymanov İlham Alı oğlu rayonda nurçuluğun yaranmasında "əməyi keçən" insanlardandı.Məhz onun rayonda şiə məscidinin inşa olunmasından narahatdır və dolayı yollarla əngəl yaradan şəxslərdəndir.Son illər rayonun Cümə məscidində Aşura keçirilməsi tapşırıq verilib və bu ildə keçirilib.İlham Hocanın məsciddə keçirilən əzadarlıqda təşkilatçıların yanında durmağını yerli mənbələr belə əsaslandırır: "Son illər barəsində gəzən söz-söhbətlərdən məlumatlıdır və bu kimi tədbirlərdə iştirak etməklə gizli fəaliyyətlərinə pərdə asmaq məqsədi daşıyır".İlham Hoca QMİ tərəfindən üç rayona-Qazax,Ağstafa,Tovuz rayonlarına qazi təyin olunub.Vəhabilərlə sıx əlaqəsi olduğun yerli sakinlər təsdiqləyir və bunun mübahisəyə gəlməyəcək dərəcədə açıq olduğun vurğulayırlar."

Uluyol.info olaraq araşdırma zamanı Qazax rayonunda son illər dini-radikalizmin genişlənməsi,buna "yardımçı"olan şəxslər barəsində məlumat yayımlanmışdı.İlham Hoca Dini Komitənin Qazax rayonu icma rəhbəri kimi iki məscidə nəzarət edir.Biri Cümə məscidi,digəri həyətində tikdirdiyi Birinci Şıxlı kəndindəki məscid.İlham Hocanın nəinki vəzifəsin icra edə bilmir,eləcədə vəzifəyə təyin edildiyi qurumun adın ləkələyir.Bizə qarşı məhkəmə iddiasın səsləndirdiyi gün yazını oxuyan yerli sakinlər tərəfindən maraqlı  və olduqca çirkin fakt üzə çıxdı.Beləki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən üç rayona-Qazax,Ağstafa,Tovuz rayonlarına qazİ təyin olunan və bununlada regionda dinlər arasında tolerant baxışın yaradılması,qardaşlıq münasibətin formalaşdıracaq şəxs əxlaqsız hərəkətlərə başı qarışıbmış.Adının çəkilməsini istəməyən İlham Hocanın tələbələrindən ilginc faktlar ortaya çıxdı.Məlumatlarda vurğulanan irgənc nüans bunlardan ibarətdir" Qazax rayonu Cümə məscidində otağı olan İlham Hoca məscidə gələn xanım tələbələrin nömrəsin alır və sosial şəbəkələr üzərindən onlara qeyri -etik sözlərlə yazmağa başlayır. Çirkin əməlini yerinə yetirmək üçün xanım tələbələrə dini ədəbiyyat,hətta Qurani Kərim belə bağışlayır."whatsapp" vasitəsilə xanım tələbələri tovlamağa başlayan "Hoca" niyyətinə çatmaqdan ötrü min bir hiyləyə əl atır".Redaksiyamızı bilgiləndirən mənbənin bizə yolladığı fotofaktlar,audi-zapslar,sosial şəbəkələr üzrə danışıqların fotokopyası  bizdədir.Uluyol.info olaraq fəaliyyətimiz dövrü əxlaqın,milli kimliyin qorunub saxlanması,dini vəhdətin və s. bu kimi amillərə görə həmin faktları işıqlandırmağı məsləhət bilmədik.
 Xatırladaq ki,bizi məlumatlandıran xanım tələbənin bizə yolladığı faktlarla bağlı dünən Qazax rayon polis şöbəsinə məsələ ilə bağlı şikayət ərizəsi yazıb və həmin faktlarıda təqdim edib.

 
Bundan əlavə ilk yazımızda şikayətçi Seyid Rəşad Ələkbərov yenidən redaksiyamıza zəng edərək aşağıdakıları vurğulamışdır:

" Yazı dərc olan gün İlham Hoca mənə dəfələrlə zəng edib,telefon yanımda olmadığı üçün cavab verilməyib.Daha sonra təhdid dolu mesajlar yazıb.Sonra ki, zəngini açdım və məni ölümlə hədələdi.Məndə dərhal Qazax rayon polis şöbəsinin 1 saylı sahə rəisi mayor Budaqov Amilə zəng edib məsələnin nə yerdə olduğun çatdırdım.Bundan əlavə DİN-nin 102 xidmətinə zəng vurdum.Xarici dövlətlərlə əlaqəsi olan,mənfur niyyətli İlham Hocadan ehtiyatlanıb Dövlət Təhlükəsizlik Xidmətinin Qazax şöbəsinə məlumat verdim.İlham Hocanın tələbələrə intim təklif etmələri barədə mənə göndərilən fotokopyaları DTX-nın məsul şəxsi Müşfiq müəllimə yolladım.Məsələnin diqqətdə saxlayacaqların və təhlükəsizliyimi qoruyacaqların bildirdi.Bir daha sizin vasitənizlə QMİ-nə səslənirəm ,belə abrın-həyasın ayağı altına atan şəxsləri regiona qazi təyin edib İslama ləkə düşməsinə izn verməyin.Onsuzda bu gün onlarla İslamın əleyhinə kompaniya aparan qruplar var.Qazaxın cümə məscidinın təməlin şiələr qoyub ,sonralar sünni qardaşlarımızın ibadət yeri olub.Amma bu gün sünni qardaşlarımız belə bu məsciddə ibadət edə bilmir.Tam vəhabi qruplaşmalarının əlinə keçmiş məsciddə ölkəmizə təhlükə yaradacaq qruplar fəaliyyət göstərir". 
 
Barəsində qərəzli yazdığımızı deyib bizi məhkəmə ilə hədələyən İlham "hoca"nın sərgüzəstlərin təqdim elədik.Araşdırma yazıılarımızın davamı olacaq.Davamız Azərbaycanda dinlər arasında qarşılıqlı hörmət,təriqətlər arasında qardaşlıq meyarının qorunub saxlanmasıdır.Artıq belə bir "insan"ın əməllərindən həm rayon Polis şöbəsi,həm də rayonun təhlükəsizlik orqanına cavabdeh məsul idarə DTX məlumatlıdır.Qafqaz Müsəlmanları İdarəsidə bütün bu olaylardan sonra müvafiq addım atacağı-bundan sonra rayonlara ayrılan şəxslərin xüsusi diqqətdə olmasına nəzərət edəcəyi,belə şəxslər vasitəsilə nə qurumun nə də İslama kölgə düşməməsi istiqamətində iş görəcəklərinə inanırıq.Ötən yazımızda İmam Zaman (ə)  məscidinin fəaliyyətinə yaranmış süni əngəllərində aradan qalxacağına ümidvarıq.
 
P.S. Qazax rayonunda dini radikalizmin genişlənməsi,xarici qüvvələrin təsiri altında çalışan şəxslər,bu şəxsləri maliyələşdirən firmalar,isimlər növbəti yazılarımızda.Bizi izləyin...
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300