Qırğızıstanda hökumət dağılır. Buna səbəb indiki prezident Almazbek Atambayevə dəstək verən Sosial Demokrat Partiyasının hökumət koalisiyasından çıxmasıdır.

Novator.az-ın məlumatına görə, partiyanın koalisiyadan çıxdığını sosial demokratların parlamentdəki fraksiyasının lideri İsa Omurkulov bəyan edib.

Omurkulov bildirib ki, sosial demokratlar digər hökumət üzvlərinin siyasi yanaşmalarını qəbul etmədikləri üçün koalisiyadan çıxırlar.

Sosial demokratların koalisiyadan çıxdığını hökumətdə təmsil olunan Tərəqqi Partiyasının rəhbərliyi də təsdiqləyib.

Qırğızıstanda ötən ilin oktyabr ayında keçirilmiş parlament seçkisində ən çox mandatı Sosial Demokrat Partiyası qazanıb – 38 mandat. 120 yerlik parlamentdə Respublika – Ata Yurd Partiyası 28, Qırğızıstan Partiyası 18, Tərəqqi Partiyası 13, Bir Bol Partiyası 12, Ata Məkan Partiyası 11 yer alıb.

Hökumət koalisiyasını Sosial Demokrat Partiyası 2015-ci ilin noyabrında Respublika – Ata Yurd, Tərəqqi və Qırğızıstan partiyaları ilə birgə yaradıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300