Türkiyənin Hakkari vilayətində pilotsuz uçan aparatlar (PUA) vasitəsilə indiyə qədər 72 PKK terrorçusu öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə Müdafiə naziri Fikri İşıq məlumat verib.
Onun sözlərinə görə, son iki ayda əməliyyatlarda PUA-lardan intensiv istifadə edilir.
Xatırladaq ki, Türkiyə ordusu Şimali İraqda keçirilən hərbi əməliyyatlarda da dronlardan istifadə edir.