ABŞ prezidentliyinə namizəd Donald Tramp noyabrın 8-də keçiriləcək seçkilərə 15 gün qalmış qələbə ümidlərini büsbütün itirib.

Virtualaz.org "Washington Post” nəşrinə istinadən xəbər verir ki, son sorğuların nəticələrinə əsasən hazırlanmış ABŞ-ın elektoral xəritəsinə görə, Tramp lazım olan 270 seçici səsini heç cür toplaya bilmir. Onun ümid edə biləcəyi maksimal seçici sayı 180-dir. Rəqibi Hillari Klinton isə, əksinə, 323 səs toplayacaq. Bu hesablamada hətta hələlik tərəddüd edən seçicilərin də mövqeləri Trampın xeyrinə nəzərə alınıb.

Donald Tramp respublikaçıların əzəli dayaqları olan Nevada, Yuta və Texas kimi ştatlarda da uduzmağa başlayıb. "Mütləq mənada demək olar ki, Tramp hətta 2012-ci il seçkilərində respublikaçı Mitt Romninin topladığı səsdən də az səs toplayacaq. Xatırladaq ki, 4 il əvvəl Romni cəmi 206 səs toplayaraq, Barak Obamaya 5 milyon səs uduzmuşdu”, - qəzet  yazır. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300