Bu gün vəfatından 40 gün keçir.  Amma vəfatından cəmi bir neçə gün öncə Müsavat Başqanı Arif bəylə görüşünə gedərkən 18 sentyabr mitinqi ilə maraqlanıb, "kaş heç olmasa, maşınla da olsa gedib, mitinqi kənardan seyr eləyə biləydim” dedi.  Biz ona təsəlli olaraq, "İnşallah, növbəti mitinqlərdə iştirak edərsiniz” desək də, səhhətinin ağır olaması səbəbindən bunun mümkünsüz olduğunun fərqində idik. Qardaşı Rafiq bəy vəziyyətinin ağır olduğunu, hardasa, ən çoxu bir həftə ömrünün qaldığını söyləmişdi.  Amma onu səhhəti heç narahat etmirdi, yalnız ümumi iş barədə, Müsavatın, demokratik düşərgənin taleyi barədə düşünürdü.  Onun bütün həyatı beləcə keçmişdi. Heç zaman özü barəsində düşünməyən, özünü gözə soxmağa çalışmayan, qəribə analitik qabiliyyətilə hadisələrin inkişaf istiqamətini duyan və onlara həlledici təsirini göstərə bilən Mikayıl Rəhman belə bir insan idi.

Mikayıl bəy milli azadlıq hərəkatının lap əvvəlindən hərəkata qoşulmuşdu. Milli hakimiyyət dövründə  – 1992-ci ildə Gəmi Təmiri Zavodunun direktoru təyin olumuşdu. Bir illik hakimiyyət süquta uğradılsa da o, işini tərk etməmiş, 1996-cı ilə qədər zavoda rəhbərlik etmişdi. Onun bu işdə saxlayan iki səbəb var idi: Əbülfəz Elçibəyin tövsiyyəsi və əmək kollektivinin ondan başqa kimsənin zavod rəhbəri olmasına razı olmaması. Amma rejim Mikayıl bəyin bu işdən getməsi üçün əlindən gələni edirdi: hər cür yoxlamalarla, mızqoymalarla onun kollektivə rəhbərliyinə son verməyə çalışırdı və nəhayət, 1996-cı ildə buna nail oldu. 

Amma Mikayıl bəyi belə şeylər az düşündürürdü. Onu üçün ən asas iş rejimə qarşı mübarizə idi və o, bu mübarizənin önündə gedənlərin sırasında idi. 2000-ci ildə Əbülfəz bəyin vəfatından sonra AXCP iki yerə parçalananda Mikayıl bəy seçim etmək zorunda qalmışdı və Mirmahmud Fəttayevin rəhbərlik etdiyi qanadı seçməli olmuşdu. Onun bu seçimi çoxlarına təsir etmiş və xeyli cəbhəçi onunla birgə Mirmahmud bəyə dəstək vermişdi. Mikayıl bəyin bu seçiminin də səbəbi məlum idi. Həmin dövrdə AXCP-nin bu qanadı Müsavatla bir yerdə idi və Elçibəydən sonra İsa Qəmbəri özünün lideri qəbul edən Mikayıl bəy də qərarını vermişdi. 2004-cü ildə Müsavata gəlişinin səbəbi də bu idi. KAXCP-nin Səbail rayon şöbəsinin üzvləri də onun bu seçimini doğru hesab etmiş və bütünlüklə Müsavat Partiyası sıralarına qoşulmuşdular. 

Bu, o zamanlar idi ki, Müsavat çətin günlərini yaşayırdı. 2003-cü ilin 15-16 Oktyabr hadsələrindən sonra partiyanın rəhbər şəxslərindən və funksionerlərindən bir xeyli hissəsi həbs edilmiş, xeyli insan təzyiqlər səbəbindən partiya sıralarını tərk etmişdi. Belə çətin dönəmdə yalnız fədakar insanlar Müsavata dəstək verməkdə idilər ki, bunlarında öndə gedənləri sırasında Mikayıl bəy də var idi. O zaman rayon təşkilatına sədr olmağa hamıdan artıq haqqı olsa da, təvəzökarlığı özünü göstərmiş, sədr müavini olmaqla kifayətlənmişdi. Onun bütün ömrü beləcə keçmişdi. Böyük bir zavoda rəhbərlik edən şəxs birotaqlı mənzillə kifayətlənmiş, hər cür bər-bəzəkdən uzaq, sadə həyat tərzi keçirməklə birilərinə qınaq obyekti, birilərinə örnək olmuşdu. Amma özü də örnəklərini düzgün seçmişdi. Rəsulzadənin və Elçibəyin otağını bəzəyən şəkillərini seyr edərkən onun seçiminin düzgünlüyünə əmin olmuşdum. Məhz belə liderlərin işinin davamçıları Mikayıl bəy kimi sadə, təmiz və təvazökar şəxslər ola bilər. Allah sənə rəhmət eləsin, Mikayıl bəy!

Dadaş Əhmədli

 

Bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300