Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İskəndərov istintaqa cəlb olunacaq.

Bu barədə AzToday.az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub. Məlumatda deyilir ki, Azərbaycanda Fətullah Gülən şəbəkəsinə qarşı başlanılmış cinayət işi fonunda sabiq komitə sədri də həbs oluna bilər. Çünki onun FETO qruplaşması ilə əlaqələrinin olması artıq sübut olunub. Və Elşad İskəndərovun həbsi üçün sadəcə siyasi qərar lazımdır ki, onun da verilməsi an məsələsidir. Belə ki, Türkiyədə uğursuz çevriliş cəhdindən sonra Gülən şəbəkəsi ifşa olunmağa başladı. Ankara Bakıda da Gülən şəbəkəsinin sıradan çıxarılması üçün vaxtaşırı çağırışlar edir. Bu baxımdan rəsmi Bakının Ankaranın istəklərinə qarşı çıxıb, gülənçiləri qoruyacağı inandırııcı görünmür. 

Qeyd edək ki, Elşad İskəndərovun gülənçi olması haqqında kifayət qədər sübut var. Hələ Amerika Birləşmiş Ştatlarında magistratura təhsili alarkən bu qruplaşmaya qatılan Elşad İskəndərov məhz Fətullah Gülənin "himməti” ilə Komitə sədrliyinə qədər yüksəlmiş, ancaq Azərbaycan hökumətinin uzaqgörən siyasəti nəticəsində qısa müddət sonra dövlət idarəçiliyindən uzaqlaşdırılmışdır.

Hal-hazırda Türkiyə hökumətinin diqqətini yayındırmaq üçün görünüşdə "anti-Gülən” kampaniyası aparan Elşad İskəndərov hələ də Fətullah Gülənin təlimatları ilə hərəkət edir. Bu qruplaşmanın şəraitə görə davranmaq prinsipini özünə meyar qəbul etdiyini hamı bilir. Üstəlik Elşad İskəndərov istəsə də başqa cür edə bilməz. Bu şəxsin "baş nazirlik” iddiası daşıyacaq qədər sürətlə yüksəlməsinin səbəbkarı məhz Gülən qruplaşması olub. Yoxsa, 2005-ci ildəki Parlament seçkilərində olduğu kimi, üz tutduğu hər qapıdan suyu süzülə-süzülə geri dönməyə məhkum idi.

Gülən qruplaşmasının başbilənləri onu uzun müddət xarakterizə etmiş və müəyyən keyfiyyətlərinə görə seçmişdilər. Təkəbbürlü və özündənrazı olduğu hamı tərəfindən bilinən Elşad İskəndərov, eyni zamanda yüngül əxlaqlı qadınlarla "oturub-durması” ilə də tanınır. El gözünü boyamaq üçün dindən, milli-mənəvi dəyərlərdən danışması sadəcə artistlikdir. Onun üçün güc və pul hər şeydən öndə gəlir. Yaxşı yadımdadır, 2015-ci ildə bir diplomatın asistenti kimi təqdim etdiyi məşuqəsini özü ilə birlikdə Həccə aparması həmkarları arasında ciddi fikir ayrılığına səbəb olmuşdu. O vaxt Elşad İskəndərov bu davranışı dəstəkləyən tək-tük diplomatdan biri idi. Üstəlik eyni soyadı daşıyan bir məşuqə tapdığı üçün öz həmkarını tərifləyirdi də: "Diplomat belə olar! İş dolaşığa düşsə arvadına deyər asistentimdi, şiələrə deyər siğəmdi, sünni ərəblərə deyər dini kəbinli ikinci arvadımdı, avropalılara da deyər vətəndaş nigahındayıq.” Elşad İskəndərovun radikalizmlə mübarizə meyarı, dini-mənəvi dəyərlərə münasibəti, ən əsası da şiəlik anlayışı bax budur: riyakarlıq və yalan.

İndi, necə deyərlər, əl əli yuyar, əl də üzü. Elşad İskəndərov onu dəstəkləyən Gülən qruplaşmasını hər vəchlə müdafiə edib. Həm də hayasızcasına yalan danışaraq. Burada iki faktı nəzərdən keçirtmək kifayətdir. Birincisi, Dövlət Komitəsində işlədiyi müddət ərzində Gülənçilərlə bağlı hər hansı bir ölçü götürməyən İskəndərov, hal-hazırda rəhbərlik etdiyi Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunu da Fətullah Gülənin ən yaxın ideoloqları üçün platformaya çevirmişdi. Məqsəd guya ümmət gənclərinə "dialoq” aşılamaqdı. Halbuki bu dialoq sadəcə Gülənin fikirlərini gənclərin şüuraltına yerləşdirməkdən ibarətdi.

FETÖ-nün əsas təbliğat vasitələrindən biri olan "Todays Zaman” qəzetinin baş redaktoru Bülent Keneşin İslam Konfransı Gənclər Forumunun baş ofisindəki mühazirələri başqa hansı məqsədə xidmət edə bilərdi ki? Elşad İskəndərovun Dövlət Komitəsindən uzaqlaşdırılmasının səbəkarı Gülənçilərdisə, Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi üçün dəfələrlə cinayət məsuliyyətinə cəlb edilən, hal-hazırda isə axtarışda olan FETÖ üzvü Bülent Keneş ilə Elşad İskəndərov arasındakı isti münasibətin səbəbi nədir?

Elşad İskəndərovun Gülənçilərlə isti münasibətini göstərən digər maddi sübut FETÖ-nün əsas maliyyə bazalarından biri sayılan "Kimsə Yok Mu?” dərnəyinə göndərilən pullardır. Hələlik sadəcə bir bank sənədinə nəzər salmaqla kifayətlənəcəyik. Ancaq əvvəlcə onu qeyd edək ki, Türkiyə hökuməti tərəfindən fəaliyyəti dayandırılan "Kimsə Yok Mu?” dərnəyinin demək olar bütün işçiləri həbs olunub.

Təqdim olunan bank sənədi Elşad İskəndərovun rəhbərlik etdiyi İslam Konfransı Gənclər Forumu tərəfindən xaricə pul köçürülməsinə dair bir təlimatı əks etdirir. Təlimata əsasən İslam Konfransı Gənclər Forumunun Azərbaycan Beynəlxalq Bankındakı dollar hesabından "Kimsə Yok Mu?” dərnəyinin Asya Katılım Bankasındakı hesabına 7000 (yeddi min) dollar məbləğində vəsait köçürülüb. Aydındır ki, pulun Azərbaycandan köçürülməsinin səbəbi Türkiyə hökumətinin diqqətini cəlb etməməkdi. Çünki o dövrdə artıq Ərdoğan hökuməti ilə Gülən qruplaşması arasında dərsanələrlə bağlı ciddi münaqişə vardı. Yenə aydın olur ki, Elşad İskəndərov ikiüzlü olduğunu etiraf edir: Dövlət Komitəsinin sədri sifəti ilə onunla Gülənçilər arasında problem varmış və Gülənçilər onu hakimiyyətdən uzaqlaşdırmağa nail olublar. Digər tərəfdən isə İslam Konfransı Gənclər Forumunun baş katibi sifəti ilə o, FETÖ qruplaşmasının ən məşhur dərnəyinə 7000 dollar yardım edən və dərnək başkanı İsmail Cingöz ilə yaxın münasibəti olan bir Gülənçi imiş.
 
FETO işı Elşad İskəndərovu bitirir - Sabiq komitə sədri həbs edilir (FOTOFAKT)Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300