Sürücülər belə qəzaların səbəbkarı kimi işıqforlara nəzarət edən qurumu görürlər. Rəsmilər isə hər bir halda sürücünün təqsirkar olduğunu bildirir.

İşıqfor işləmədiyindən 4 avtomobilin iştirak etdiyi zəncirvari qəza baş verib. Ötən gün Nərimanov rayonu ərazisində Fətəli xan Xoyski və Əhməd Rəcəbli küçələrinin kəsişməsində baş verən bu qəza, işıqforun işləməməsi halında baş verən hadisələrdə günahın kimdə olduğu məsələsini gündəmə gətirir.

Bakı şəhər baş dövlət yol polis idarəsinin bölmə rəisi Vaqif Əsədov belə qəzalarda məhz sürücülərin günahkar olduğunu bildirir. Çünki yol hərəkəti qaydalarına görə işıqfor işləmirsə bu zaman sürücülər yol hərkəti nişanlarına tələblərinə görə hərəkət etməlidir. Əgər həmin nişanlarda yoxdursa bu zaman sağdan hərəkət edən avtomobillərə üstünlük vermək lazımdır. Bundan başqa sürücülər pis hava şəraitində nizamlanmayan yol ayrıcını təhlükəsiz şəkildə keçmək üçün digər tərəfdən gələn maşınlara yol versə yaxşıdır.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə bildirir ki, işıqfor işləməyə bilər bu normal haldır. Amma bəzəndə yolun bir tərəfində işıqfor işləyir digər tərəfində isə yox. Bu isə qəzaları qaçılmaz edir.

Belə olduqda isə hətta sürücülər məsələnin araşdırılması üçün iddia ərizəsi ilə məhkəməyədə müraciət edə bilərlər.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300