"Milli Onkologiya Mərkəzində il ərzində 200-ə yaxın mədə əməliyyatı icra edilir”.

Bunu "Report”a açıqlamasında Milli Onkologiya Mərkəzinin Abdominal Onkologiya şöbəsinin aparıcı elmi işçisi Azər Əliyev deyib.

Onun sözlərinə görə, son dövrlərdə bütün ölkələrdə mədə xərçəngi xəstəliyinin azalması müşahidə olunur. A.Əliyev vurğulayıb ki, Azərbaycanda bu xəstəliklə bağlı statistik göstəricilər isə sabitdir, mədə xərçəngindən əziyyət çəkən xəstələrin sayı azalmasa da, artım da qeydə alınmayıb: "Belə xəstələrin sayında ciddi artım hiss olunmur, amma xəstəlik cavanlaşıb. Hazırda xəstəxanada mədə xərçəngindən əziyyət çəkən 22-27 yaşında qadınlar müalicə olunur. Bunun səbəbi orqanizmdə və genotipdə mutasiyaların getməsidir. Bəlkə də həmin insanlar 40-50 yaşında bu xəstəliyə tutulmalıdır, amma genetik dəyişikliklər səbəbindən xəstəlik tez oyanır”.

Mədə xərçənginin yaranma səbəblərindən danışan həkim bildirib ki, əsas səbəb qidalanma rejiminin pozulmasıdır: "Xəstəliyin yaranma səbəbləri arasında ayaqüstü qəbul edilən qidaları, müxtəlif içkiləri, o cümlədən enerji içkilərini, mənbəyi məlum olmayan qazlaşdırılmış suları və s. göstərmək olar. Eyni zamanda, çox acıllı, ədviyyatlı qidalardan istifadə edən, yeməyi, çayı, suyu qaynar qəbul edən, spirtli içkiləri normadan artıq içən insanlarda bu xəstəliyin olma riski daha çoxdur”.

A.Əliyev qeyd edib ki, Azərbaycanda mədə xərçəngi ilə mübarizəylə bağlı konkret klinik proqram yoxdur: "Əgər şəxsin ailəsində, qohumlarında mədə xərçəngi olubsa, müəyyən yaşdan sonra müayinə olunmaları vacibdir. Hazırda Milli Onkologiya Mərkəzində avadanlıqlar yüksək səviyyədədir və müayinələrin aparılmasında heç bir çətinlik olmur. Müayinə üçün pasient 5-10 dəqiqə yatızdırılır və tam rahat şəkildə müayinə edilir. Xəstəliyin ikin mərhələdə aşkarlanması mümkündür. Əgər mədə xərçəngi ilkin mərhələdə müəyyən olunarsa qarşısının alınması mümkündür. Bu zaman selikli qişanın rezeksiyası (müəyyən qisminin kəsilməsi, daralması) aparılır və xəstə nəzarət altında saxlanılır. Xəstəlik ilkin mərhələlərdə tapılanda müalicəsi müsbət effekt verir. Xəstəlik mədə girəcəyində olanda qida bürosuna keçəndə, artıq total xərçəngə çevrilir”.

Onun sözlərinə görə, bəzi insanlar xəstəliyə tutulandan xeyli müddət sonra həkimə müraciət edirlər və onları əməliyyat etmək mümkün olmur: "İl ərzində həkimlər 50-ə yaxın xəstənin əməliyyatından imtina edir”.

Həkim bildirib ki, bu xəstəlikdə kimyaterapiya nadir hallarda yaxşı effekt verir: "Amma bu da müvəqqətidir. Təəssüf ki, kimyaterapiyanın mədə xərçəngi üçün effekti hazırda çox azdır. Bu xəstəliyin müalicəsi sahəsində əldə olunan müsbət nəticələr yalnız Azərbaycanda deyil, dünyanın bütün ölkələrində aşağı səviyyədədir. Hazırda bütün dünyada bu istiqamətdə elmi araşdırmalar davam etdirilir”.

A.Əliyev qeyd edib ki, mədə xərçəngi xəstəliyi aşkarlanan zaman müxtəlif kombinə edilmiş (qarışıq) müalicə metodlarında istifadə edilir: "Milli Onkologiya Mərkəzinin Abdominal Onkologiya şöbəsinin nəticələri dünya standartlarının nəticələrindən pis deyil. Belə ki, bizim şöbədə müalicə olunan xəstələrin 5 il yaşaması 40-42 faizdən yuxarıdır. Əlbəttə, xəstəlik ilkin mərhələdə aşkarlanarsa bu göstərici 70 faizi də keçə bilər”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300