"Psixoloji mərkəz adı altında yerlər açılıb ki, onlar insanları soymaqla məşğuldur”.

Bunu xanım deputat Kamilə Əliyeva "Psixoloji yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, həmin yerlərdə işləyənlərin çoxu müəyyən sertifikat almaqa insanların, xüsusilə də uşaqların gələcək taleyi ilə məşğul olurlar: "Bu da qanunazidd hərəkətlərdir. Bu cür "psixoloqlar” var. Bu əgər psixoloji mərkəzdirsə psixoloji yardım göstərməlidir. Həmin yer mülaicə məsələlərinə aid olmalı deyil. Bəziləri autizm, daun sindromu və s. bu kimi iris xəstəlikləri müalicə olunur sözü altında fəaliyyət göstərir. Buna görə əlbəttdəki onların rəhbərləri məsuliyyət daşımalıdır. Bunlar soyğunuçuluqla məşğuldur. Bununla bağlı valideynlər bizə şikayət edirlər”.

Kamilə Əliyeva müəllimlərin işə qəbul zamanı psixoloji testdən keçirilməsini təklif edib: "Müəllimlərin özləri də psixoloji testlərdən keçməlidir. Mətbuatda rast gəlirik ki, şagird ilə müəllim arasında xoşagəlməz hallar olur. Bir neçə dəfə olub ki, şagirdlər döyülüb. Bu baxımdan müəllimlərin işə qəbul zamanı psixoloji testdən keçirilməsi yaxşı olardı”. (Modern.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300