Dövlət büdcəsində yerli xərclərə ayrılan vəsaitlər kifayət qədər böyükdür

Havaların yağıntılı keçməsi icra hakimiyyətlərinin gizlinlərini üzə çıxartdı. Məlum olur ki, büdcədən ayrılan vəsitlər heç də tam şəkildə təyinatına xərclənmir. Əks halda hava şəraitinin dəyişməsi ilə şəhər suyun altında qalmaz. Binəqədi rayonu keçən həftədən yağan yağışlardan sonra özünə gəlməyib, hələ də gölün içindədir. Bu durum rayonlara ayrılan vəsaitlərin istiqaməti məsələsini gündəmə gətirir. Dövlət büdcəsində yerli xərclərə ayrılan vəsaitlər kifayət qədər böyükdür. Buradan kommunal sahələrə də iri pullar yönəldilir.

Maliyyə Nazirliyinin arxiv məlumatlarında 2012-ci ilin dövlət büdcəsinin yerli xərcləri 1 mlrd. 292 mln. manat proqnozlaşdırılmışdı. Bu da 2011-ci ilə nisbətən 16 mln. manat az, 2010-cu ilin büdcəsinin faktiki icrası ilə müqayisədə 155,1 mln. manat çox olub.

2013-cü ildə yerli xərclərə proqnozlaşdırılan 1 mlrd. 054,7 mln. manatın yenə 14,4 faizi, yəni 217,5 milyon manatının mənzil-kommunal təsərrüfatı xərclərinə yönəldilməsi proqnozlaşdırlıb. Növbəti ildə yerli xərclərə dövlət büdcəsi xərclərinin 8,1 faizi həcmində, yaxud 1 mlrd. 629 mln. manat nəzərdə tutulub ki, bu da 2013-cü ilə nisbətən 115 milyon manat, 2012-ci ilin faktiki icra göstəricisi fonunda 383 milyon manat çoxdur.

Bu ilin dövlət büdcəsində yerli xərclər 1 mlrd. 541,3 mln. manat məbləğində proqnozlaşdırılırdı ki, 181,4 mln. manatı (11,8%) mənzil-kommunal təsərrüfatı xərclərinə nəzərdə tutulub. Maliyyə Nazirliyi gələn ilin dövlət büdcəsi layihəsini artıq açıqlayıb.

2017-ci ildə yerli xərclər 718,3 mln. manat proqnozlaşdırılır. Əvvəlki illərə nisbətən vəsait bir qədər azalsa da mənzil-kommunal təsərrüfatı xərclərinə nəzərdə tutulan vəsaitlər faiz nisbətində artıb – 27,7 faiz və ya 199,1 mln. manat.

Büdcədə ayrıca bir də mənzil və kommunal təsərrüfatı bölümü var. Burada vəsaitlər yerli xərclər bölümündə göstəriləndən daha artıqdır. Belə ki, mənzil və kommunal təsərrüfatı xərcləri üçün 2012-ci ildə 344.5 mln. manat və ya 2011-ci illə müqayisədə 27,2 mln. manat çox vəsait ayrılıb.

Bu qədər pul hara gedir?

Mənzil və kommunal təsərrüfatı xərcləri üçün 2013-cü il dövlət büdcəsindən 399,1 mln. manat vəsait ayrılıb.

2014-cü ildə bu sahəyə ayrılan vəsait daha 51,1 mln. və ya 14,6 faiz artırılaraq 457,1 mln. manata çatdırılıb.

Keçən il büdcədə 443,7 mln. manat mənzil və kommunal təsərrüfatı xərclərinə ayrılıb, bu da yenə 2013-cü ilin faktiki icra göstəricisinə nisbətən 45,4 mln. manat çoxdur.

Keçən ilin dövlət büdcəsində təkcə Bakı şəhərinin yerli xərcləri 243 mln. 597 min manat nəzərdə tutulurdu. Bu vəsaiti paytaxtın 11 rayonuna bərabər şəkildə bölsək, hər rayon üçün 22,1 mln. manat pul deməkdir.

Büdcənin Ehtiyat Fondu və Prezidentin Ehtiyat Fondundan da hər il yerli icra hakimiyyətlərinə milyonlar yönəldilir. Bu pullar demək olar ki, icra başçılarının növbədənkənar xərclərini maliyyələşdirir.

Dövlət Statistika Komitəsi Binəqədi rayonu ərazisində rəsmi 260 600 adamın qeydiyyatda olduğunu bildirir. Lakin Binəqədi Rayon İcra Hakimiyyətinin web-saytında rayon ərazisində faktiki əhalinin sayının 400 min nəfərə yaxın təşkil etdiyi göstərilib. Yəni rəsmi deyiləndən 140 min nəfər artıq əhali var ki, bu da söylənəndən 65,1% çoxdur.

Əhali sayının rəsmi göstəriləndən faktiki çox olması təkcə qeydiyyat problemi yaratmır. İnfrastruktur 260 min adama hesablanır, amma 400 min nəfərə xidmət göstərir. Əslində, xidmət göstərə bilmədiyi də göz qabağındadır. Əhali sayının dəqiq olmaması paytaxtın kommunal xidmət keyfiyyətinə mənfi təsir edir.

Bu adamların çoxu yeni yerlərdə məskunlaşır, hansı ki, həmin ərazilərin infrastrukturu yoxdur, drenaj sistemi qurulmur, sonradan çəkilən kommunal-kommunikasiya xətləri də əlavə yükdür. Binəqədi rayonunda infrastruktur yox dərəcəsindədir. Sürücüdən tutmuş, ev xanımına qədər hər kəs maklerlik edir, çünki qanunsuz tikililər az qala sakinlərin sayından çoxdur. Məlumata görə 1 mərtəbəli ev tikmək üçün məmurlara 10 min, 2 mərtəbəliyə görə də 20 min rüşvət vermək lazım gəlir. (Bizimyol)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300