Əli və Nino filmində döyüşçü-aktyor və kaskadyor kimi iştirakçı olan Sain Fərhadla xeberman.com saytı müsahibə hazırlayıb.
Uluyol.info ixtisarlarla həmin müsahibəni təqdim edir:
Sain bəy, ümumi olaraq oxucularımızdada məlumat olsun deyə "Əli və Nino" filmi haqqında nə deyərdiniz?
– Mən, "Əli və Nino" filmi haqqında yalnız bildiyim və gördüyüm qədər danışa bilərəm. Film həqiqətən də Azərbaycanda son zamanlar çəkilən filmlərdən daha fərqli və həqiqidir. Filmin təşkilatçılığı və gedişatı elə bir atmosferdə idi ki, işimin ağır olmasına baxmayaraq yorğunluq hiss etmirdim. Təşkilatçılıq işləri dəqiq idi. Əziyyət çəkmədik, əksinə hamı məsuliyyət hiss edirdi. Mən isə sevdiyim işi görməkdən başqa həzz alırdım. Çəkilişlər müxtəlif şəhər və məkanlarda aparılırdı. Bunun özü də işə ayrı rənglər qatırdı. Nə gözümüz yorulurdu, nədə ki, özümüz. Bəlkə də mən işdən böyük həzz alırdım, ona görə mənə belə gəlirdi.Əminəm ki, mənim sözlərimi, filmdə bərabər çalışdığımız Tural Şirməmmədov da təsdiqləyər.
 Sain Fərhad : Çəkilişlər zamanı Leyla Əliyeva da bir neçə dəfə bizi ziyaret edib öz diqqət və səmimiyyətini əsirgəmədi
Əli və Ninoda sizin əsas fəaliyyətiniz nədən ibarət olub ?
-Filmdə mənim əsas rolum döyüş səhnələrində döyüşçü-aktyor və kaskadyor kimi iştirak etmək idi. Məşqlər zamanı isə baş rolları canlandıran Adam Bakri, Assaad Bouab və digərlərinin döyüş səhnələrini qurmaq, döyüş bacarıqlarını üzəçıxarmaq və döyüş səhnələrində düzgün hərəkət etməkdə onlara köməklik göstərmək idi.
Əli və Nino filmində necə oldu ki, iştrak etdiniz?
-Əli və Ninoaya dəvət tək mənə yox, həmçinin Tural Şirməmmədova da gəlmişdir. Bizim hər ikimizi dəvət etdilər. Dəvət əməkdaşlıq etdiyim xarici kaskadyorlar qrupundan oldu. Daha dəqiq desəm, bizi dəvət edən dostumuz Babək Həsənzadə və Fateh Uğurlu idi. Onlara da dərin minnətdarlığımızı bildiririk.
 Sain Fərhad : Çəkilişlər zamanı Leyla Əliyeva da bir neçə dəfə bizi ziyaret edib öz diqqət və səmimiyyətini əsirgəmədi
Belə başa düşürəm ki, xaricdən digər kaskadyorlar da gəlmişdir. Bəs onlar hansı ölkərdən təşrif buyurublar?
 -Almaniyada yaşayan dostum Ümit Demibarş, azərbaycanlı dostum Türkiyədə yaşayan, Babək Həsənzadə bir yerdə çalışdıq. Meksikadan da dəvət olmuşdu kaskador , İrandan dəvət olunan əməkdaşlarımız oldu biz bu filmdə bir yerdə çalışdıq .
Döyüş janırında Azərbaycandan çoxlu aktyorlar var, bəs necə oldu ki, Türkiyədə olan aktyorlar sizi məsləhət gördülər?
-Bu sahə çox spesifik sahədi. Bu sahə üzrə bir və yaxudda iki döyüşçü akyor var və onların da fəaliyyəti zəifdi deyə bu sahə bizdə elə də inkşaf etməyib. Bəzilərində inkişaf bir tərəfli, yəni əsas inkişaf kaskadyorluqdadır. Bizdə döyüş xoreqrafiyasıdır, döyüş aktyorluğudur. Mən Azərbaycanda yeganə döyüş janırında fəaliyyət göstərən aktyoram ki, beynəlxalq dərəcəli setfikatım var. Döyüş səhnələri üzrə xoreqrafam və təlimatçı kimi mənim bildiklərimi seminarlarda öyrədirəm. Seminarlarda döyüş səhnələrinin kompozisiyası, döyüş aktyorluğu, döyüş səhnələrinin bədii həlli , məna həlli , ssenari yazılması, döyüş səhnəsi operatorluğu, montaj, rənglər və s. Mən çox xırdalıqlara istəməzdim toxunam, yəni demək istədiyim odur ki, kinonun əhatə edən bütün xırdalıqlar bizim sahənin əhatə etdiyinə görə bunları da bilmək vacibdir. Hər halda Əli və Nino filminə dəvətim təsadüf deyildir.
 Sain Fərhad : Çəkilişlər zamanı Leyla Əliyeva da bir neçə dəfə bizi ziyaret edib öz diqqət və səmimiyyətini əsirgəmədi
Əli və Ninodan başqa hal-hazırda hansı filmlərə dəvət olunmusunuz?
-Hal-hazırda Əli və Ninodan başqa Azərbaycanda tam metrajlı filmdə işləməmişəm. Əli və Nino filmindən əvvəl isə bir neçə film olub. Onlardan biri, "Qorxma mən səninləyəm 1919” filmi idi. Həmçinin "Zabitin Şərəfi”, "Kədərim”, "Kişi Papağı”, "Object 77” və s. Onu da deyim ki, Azərbaycanda bu saat "göbələk” kimi özünə döyüş səhnələrinin xoreoqrafı adını verənlər, heç bir beynəlxalq sənədi olmayanlar, sadəcə nə vaxtsa idmanla məşğul olublar. Bir iki "yumruq-təpik” atıb adlarını döyüşçü xoreoqraf qoyurlar. Bizim rejissorların bəzilərinin bu sahədə dərindən anlayışı olmadığına görə, onlara sərf edir ki, bu cür özlərinə uyğun olan "döyüş xoreqrafları" ilə çalışsınlar. Amma peşəkar insanların tələb etdiyi işlər də peşəkarcasına olur. Rejissor gərək döyüşü quran xoreoqrafla birgə çalışsın. Yəni bu qarşılıqlı olmanalıdır. Azərbaycanda hələdə "yola ver getsin" söhbəti olduğu üçün filmlərdə döyüş səhnələri ürək açan deyil. Amma əslində elə olmamalıdır. Bu sahənin tam yaxşı bilən bir adam dəvət olunmalıdır və kino peşəkar şəkildə çəkilməlidir. Mən "Action Academy MMC”nin təsisçisi olaraq deyə bilərəm ki, bu sahədə bizdən başqa rəsmi  qurum yoxdur. Kaskadyorlar assosiasiyası var təbii ki, amma fəaliyyət, məqsəd və aktivliyimiz tam fərqlidir. Action Academy MMC hər iki nazirlikdən, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Azərbaycan Gənclər və İdman nazirliyindən rəsmi dəstək məktubu almışıq. Yeganə mərkəzik ki, bizdə idman və incəsənətin qarışığı olan təlimlər keçirilir, rəsmi öyrədilir və sonda setfikatlar verilir. Gələcəkdə beynəlxalq seminarlar təşkil etmək fikirimiz var.
 Sain Fərhad : Çəkilişlər zamanı Leyla Əliyeva da bir neçə dəfə bizi ziyaret edib öz diqqət və səmimiyyətini əsirgəmədi
Sain bəy, dediniz ki, hal hazırda bu sahədə sizin komandanızdan daha peşəkar kadrlar yoxdur. Gələcəkdə özünüzün yetişdirdiyiniz operatorlardan, döyüşçü aktyorlarınızla birlikdə film çəkməyi fikirləşibsizniz?
-Bizim ideyalarımız var. Biz bütün əsrlərə aid döyüş səhnələri qura bilərik. Fərq etməz, yüz il öncə olan olsun. Cəmiyyətin döyüş biliyini göstəririk, yoxsa min il öncə olanı. Zamana aid səhnələr, geyimlər, döyüşlər, silahlar dəyişir, mədəniyyət dəyişir. Bunlar hamsı döyüş xoreoqrafiyasına təsir göstərir və ilk  olaraq qəhrəmana . Biz istənilən dövrə uyğun döyüş səhnəsi qura bilərik və bizə maddi dəstək ayrılarsa dünya səviyyəli film işləyə bilərik. Nəinki, Azərbaycanın, həmçinin Qafqazın adından bütün dünyaya döyüş janırında film çıxara bilərik. Bizim bu dəqiqə komandamız hazırdır, lakin maliyyə dəstəyimiz yoxdur. Biz hal-hazırda özümüzü lazımsız hiss edirik.
Azərbaycan Respubilkasının prezidenti İlham Əliyev kino çəkilişi üçün maliyyə yardımı ayırır. Siz bu dəstəyi almaq üçün hansı idarələrə müraciət etmisiniz?
-Biz istəyirik ki, bizə və bizim sahəyə ehtiyac olsun. Bizə muraciət etsinlər. Biz öz işimizi görürük. Bizə müraciət gəlmirsə, deməli hələ vaxtı gəlməyib. Mən inanıram ki, bizim haqqımızda az-çox məlumat dolaşır, zamanca bizə diqqət və qayğı ayrılacaq. Biz istərdik ki, Action Academy MMC fəaliyyətinə xüsusi qayğı göstərilsin, Azərbaycan kino və idman mədəniyyəti üçün faydalı işlərimizə önəm verilsin.
 Sain Fərhad : Çəkilişlər zamanı Leyla Əliyeva da bir neçə dəfə bizi ziyaret edib öz diqqət və səmimiyyətini əsirgəmədi Sain Fərhad : Çəkilişlər zamanı Leyla Əliyeva da bir neçə dəfə bizi ziyaret edib öz diqqət və səmimiyyətini əsirgəmədi Sain Fərhad : Çəkilişlər zamanı Leyla Əliyeva da bir neçə dəfə bizi ziyaret edib öz diqqət və səmimiyyətini əsirgəmədi Sain Fərhad : Çəkilişlər zamanı Leyla Əliyeva da bir neçə dəfə bizi ziyaret edib öz diqqət və səmimiyyətini əsirgəmədi Sain Fərhad : Çəkilişlər zamanı Leyla Əliyeva da bir neçə dəfə bizi ziyaret edib öz diqqət və səmimiyyətini əsirgəmədi Sain Fərhad : Çəkilişlər zamanı Leyla Əliyeva da bir neçə dəfə bizi ziyaret edib öz diqqət və səmimiyyətini əsirgəmədi
Uluyol.info
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300