Azərbaycanda və dünyada populyar uşaq bezi markalarından olan "Pampers”in tərkibində kanserogen (xərçəng xəstəliyi törədən maddələr aşkarlanıb

Politika.Az xəbər verir ki, bunu "Asef” assosiasiyasının mütəxəssisləri bildiriblər. Məlum olub ki, sözügedən uşaq bezlərinin tərkibində gələcəkdə dəri, sidik kisəsi, qaraciyər və mədə xərçəngi törədə biləcək toksiki birləşmələr mövcuddur. 

Bu birləşmələr uşaq bezlərinə körpələrin hissiyyatlı dərisini mühafizə etmək və qıcıqlanmanı aradan qaldırmaq xatirinə əlavə olunmuş maddələrin tərkibinə daxildir. Assosiasiyanın rəhbəri Lüdvin Ferrer deyib ki, həmin kanserogen birləşmələr körpənin bədəninin ən zərif hissələri ilə az qala 24 saat ərzində kontaktda olur.

Son dövrlər Bakıda aptek və dükanlarda "Pampers” markalı uşaq bezləri yoxa çıxmağa başlayıb. Xüsusən də 5 və 6 ölçülü uşaq bezlərini tapmaq müşkülə çevrilib. Üstəlik, tapıldıqda da ən azı əvvəlki qiymətindən 40 qəpik baha olduğu da diqqəti çəkir. 

Bu məhsulları ölkəyə gətirən "Diplomat-1” firmasıdır və onun da rəhbəri sabiq deputat Aslan Cəfərovdur. 1973-cü il təvəllüdlü Cəfərov deputatlıq fəaliyyətindən uzaqlaşdırıldıqdan sonra biznesinin başçına keçib.
O da qeyd olunur ki, Aslan Cəfərov uşaq bezləri biznesində monopoliya sahibidir. Onun adı Fətullah Gülənlə də hallanıb. 

Azərbaycana gətirilən uşaq qidaları, həmçinin, körpələrin alt geyimi olan «Pampers» və bu kimi digər məhsulların idxal inhisarçılığı Aslan Cəfərova məxsusdur. 

Onun mövqeyini dərc etməyə hazırıq./politika.az
 
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300