Avropa Şurası Nazirlər Komitəsi növbəti dəfə İlqar Məmmədovun azadlığa buraxılmasını tələb edib

 

Dekabrın 8-9-da Avropa Şurası Nazirlər Komitəsi insan hüquqlarına dair iclas keçirərək üzv ölkələrin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra etməsilə bağlı vəziyyəti müzakirə edib.


AŞ Nazirlər Komitəsinin məlumatında deyilir ki, müzakrələrin yekunlarına dair qərarda Azərbaycan hakimiyyətinin indiyədək İlqar Məmmədovu azad etməməsindən "dərin təəssüf hissi”nin keçirildiyi ifadə olunub. Halbuki, bu barədə Avropa məhkəməsinin qərarı və Azərbaycan rəhbərliyinə çoxsaylı müraciətlər var.


Qərarda İ.Məmmədovun dərhal azad edilməsi və Avropa məhkəməsinin qərarlarının icrasından yan keçmək cəhdlərinə son qoyulması tələb olunub.


REAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş iğtişaşların təşkililə əlaqədar uydurma ittihamla 7 il müddətinə həbs olunub. Onunla birlikdə Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu da həbs edilib.


2014-cü ilin mayında Avropa məhkəməsi İ.Məmmədovun həbsinin əsassız olması barədə qərar çıxarıb və onun azad edilməsinə çağırıb.

Sonradan Avropa məhkəməsi T.Yaqublunun da barəsində analoji  qərarı çıxarıb(contact.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300