Yəməndən atılan raket zərbəsi ilə Səudiyyə Ərəbistanının Məkkə şəhəri hədəfə alınıb.

Uluyol.info atv.az-a istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr məlumat verib. Bildirilir ki, Husilərin nəzarətindəki bölgədən atılan mərmi Məkkə şəhərinə 65 kilometr qalmış havada zərərsizləşdirilib. Nazir, İslamın beşiyi sayılan müqəddəs şəhəri hədəfə aldıqlarına görə silahlıları və onlara dəstək verənləri sərt şəkildə tənqid edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəməndəki üsyançı Husi qruplarına qarşı hava əməliyyatları təşkil edir. Bu üzdən üsyançılar tez-tez Səudiyyə Ərəbistanının ərazisinə mərmilər atır.

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300