Marneulidə 36-cı birmandatlı seçki dairəsinin nəzdində fəaliyyət göstərən  46 seçki məntəqəsində keçirilən II tur seçkilərində səsvermədə  47.500 nəfər seçicidən 23 500 nəfər seçici iştirak edib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu, seçicilərin 49, 4%-i deməkdir. Məlumata görə, II turun nəticələrinə görə, səsvermədə səslərin sayının hesablanmasından sonra "Gürcü Arzusu” partiyasının irəli sürdüyü namizəd Tamaz Naveriani səs çoxluğu ilə qələbə əldə edib.

Hazırda səsvermənin ilkin nəticələri məlumdur. İlkin məlumat belədir: Tamaz Naveriani -74,61%, Əhməd İmamquliyev-25, 39% əldə edib. 22 nömrəli Marneuli dairə seçki komissiyasından verilən ilkin məlumata görə, 22.969 seçicidən "Gürcü Arzusu”nun namizədi 17.114%, "Vahid Milli Hərəkat” partiyasının irəli sürdüyü namizəd 5.855% səs toplayıb.

Ə. İmamquliyev jurnalistlərə açıqlamasında seçkilərin düzgün keçirilmədiyini, T. Naveriani isə II tur seçkilərinin azad, şəffaf və demokratik keçirildiyini bildirib. Hazırda "Gürcü Arzusu” partiyasının Marneuli ofisi qarşısında Tamaz Naverianinin qələbəsi  qeyd olunur. Gürcüstan MSK-dan bildirilib ki, ilkin məlumatlara görə, Gürcüstanda ümumiseçici fəallığı 37,5% təşkil edib. MSK sözçüsü Anna Mikeladze keçirdiyi ikinci brifinqdə 929 265 seçicinin səsvermədə iştirak etdiyini bildirib.

 

Xatırladaq ki, oktyabrın 8-də Gürcüstan parlamentinə keçirilən seçkilərin I turunda "Vahid Milli Hərəkat” partiyasından deputatlığa namizəd irəli sürülən Əhməd İmamquliyev səsvermə zamanı 48, 11%, "Gürcü Arzusu”nun namizədi Tamaz Naveriani isə 43,43% səs toplamışdı.

 

Qeyd edək ki, doqquzuncu çağırış parlament seçkilərinin II turunda "Gürcü Arzusu”ndan 49 və "Vahid Milli Hərəkat” partiyasından 45, "Azad Demokratlar” partiyasından 2 nəfər, "Topadze-Sənayeçilər” partiyasından 1 nəfər, həmçinin 3 nəfər müstəqil namizədlər iştirak edib.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300