İŞİD-ə qarşı döyüşən türkmanlar

İŞİD-ə qarşı döyüşən türkmanlar

İraq Türkman Cəbhəsinin lideri, İraq parlamentində türkmanları Kərkük şəhərindən təmsil edən millət vəkili Ərşad Salihi AzadlıqRadiosuna Mosulda baş verənlər haqqında müsahibə vermişdi.

O demişdi ki, ‘bütün türkman bölgələrində baş verən oyunların heç biri, təəssüf ki, türkmanların lehinə yox, tamamilə əleyhinədir. Dünya dövlətlərinin heç biri Kərkükə yardım göstərmədi. İraq türkmanları sahibsizdir. Ancaq biz öz dilimiz, ədəbiyyatımız, mədəniyyətimizlə müqavimət göstəririk. Türkiyə də bizi atıb. Azərbaycan isə, ümumiyyətlə, tərk edib. Dəfələrlə Azərbaycan hökumətinə səslənmişik ki, ‘burada sənin xalqın var’. Bakıdakı türk Kərkükdəki türk kimi danışır, heç bir fərqimiz yoxdur. Amma indiyədək başımıza gələnlərlə bağlı hörmətli İlham Əliyevdən qınama mesajı da görməmişik. İraq türkmanlarının başçısı kimi məni bir dəfə də olsun o tərəflərə dəvət etməyib’ - demişdi Ərşad Salihi:

 

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər deyir ki, Azərbaycan hakimiyyəti öz vətəndaşının problemləri ilə maraqlanmırsa, İraq türkmənləri ilə maraqlanmaması bizi təəccübləndirməməlidir. Onun sözlərinə görə, hazırda İraq türkmənlərinə dövlət səviyyəsində dəstək olmaq vacibdir.

Ümid Partiyasının sədri İqbal Ağazadənin sözlərinə görə, Azərbaycan mütləq şəkidə bu məsələyə mövqe bildirməlidir. Ağazadə deyir ki, əslində İraq türkmanları azərbaycanlılardır.Eyni millət olduğu üçün Azərbaycan onların haqlarını müdafiə etməyi bacarmalıdır. İqbal Ağazadə təəssüf edir ki, Azərbaycan hökuməti bu kimi məsələlərdə çəkingən mövqe göstərir.

Onun sözlərinə görə Azərbaycan hakimiyyəti daha çox öz maraqlarını qorumaq baxımından açıq mövqe sərgiləməyə çəkinir. Bu isə dünyadakı soydaşların Azərbaycan hökumətinə güvənini azaldır.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc isə deyir ki, dövlətin fəaliyyəti hər zaman göz qabağında olmaya bilər.

Onun sözlərinə görə hazırda hansısaformada prosesə müdaxilə etmək özünü hədəfə gətirmək deməkdir. Deputat bildirir ki, İraq türkmənlərinin hayqırtılarına açıq şəkildə dəstək verməkolkə üçün mənfi reaksiyalar doğura bilər.

 

Zahid Orucun fikrincə, bu baxımdan Azərbaycan hökumətini biganəlikdə qınamaq düzgün deyil. Millət vəkili düşünür ki, əksinə İraq türkmanlarının harayına elə Azərbaycan cəmiyyəti, azərbaycanlılar hay verməlidirlər.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300