Azərbaycanda illərdir siyasi həbslər davam edir. Hər dəfə beynəlxalq təşkilatların təzyiqi ilə azadlığa buraxılan siyasi məhbusların yerini çox keçmədən yeniləri əvəzləyir, siyasi məhbus problemi çözülmək bilmir. Hələ yaxın vaxtlarda çözülməyəcək də. 

Çünki hakimiyyətin Qərblə danışıqlara getməsində, bazarlıq, qarşılıqlı güzəştlər əldə etməsində  hələlik  bundan yaxşı "resept” yoxdur. Siyasi məhbus məsələsi həm də bir çox digər önəmli məslələri arxa plana keçirir. Məsələn, seçkiləri, Seçki Məcləsinin dəyişdirilməsi,seçkilərin demokratik keçirliməsi tələblərini. Eyni zamanda ətrafında az-çox etiraz elektratı olan siyasi qüvvələr də bütün enerjisini siyasi məhbusların azadlığına sərf edir.

Çox güman ki, bütün çabalar, beynəlxalq təşkilatlarla görüşlərdə,beynəlxalq tədbirlədə  qaldırılan mövzuların böyük əksəriyyəti yenə də siyasi məhbus problemidir. Belə olmasaydı, Avropa ittifaqının, Avropa Şurasının, ABŞ departamentinin, beynəlxalq təşkilatların və digər nüfuzlu dövlətlərin  bəyanatlarında və mötəbər tədbirlərində Azərbaycanda baş verən siyasi  həbslərlə paralel keçirilən seçkilər,hətta işğal altında olan torpaqlarımız da hər dəfə gündəmə gətirilərdi. 2015-ci ilin Parlament seçkiləri və son referendium gözlədiyimiz səviyyədə də adı çəkilən təşkilatlar tərəfindən qınaq obyektinə çevrilmədi.Əslində baş verən bütün neqativ məsələlərin, yaranan problemlərin, elə siyasi məhbus məsələsinin də kökündən həll olunması demokratik seçkidən, ölkənin demokratikləşməsindən, idarəetmə sisteminin dəyişməsindən keçir. Siyasi  məhbus məsələsinin həlli ilə bağlı   daha çox hüquq müdafiəçiləri sistemli və ardıcıl  şəkildə məşğul olmalı və qrup  mənafeyi kənara qoyulmalıdır. Siyasi məhbuslar  hətta hansısa içtimai və siyasi təşkilatın üzvü olsa da, monopoliyaya alınmamalı,  hər birimiz həmin siyasi məhbusları özümüzünkü hesab etməli, azadlığa çıxmaları üçün münkün dəstəyi verməliyik. Təəssüflər olsun ki, bu məsələdə  də yeni problemlər yaranıb, artıq  ölkədə iki siyasi məhbus siyahısı ortalıqdadır və siyahını hazırlayan qruplar və tərəfdarları arasında ciddi qarşdurma yaranıb, deyərdim ki, siyasi məhbuslara yanaşmada, müdafiəsində belə ayrıseçkilik hər zaman nəzərə çarpıb.  Bu başqa bir yazının mövzusudur. Təkcə onu qeyd edə bilərəm ki, bu başverənlər də hakimiyyətin xeyrinə işləyir. Hakimiyyətə iddalı siyasi qurumlar isə parallel olaraq digər qlobal məsələləri gündəmə gətiməl, daha çox dəyişməyin yolunu axtarmağa fokslanmalıdırlar. Dərk etməlidirlər ki, nə qədər bu neo-avtoritar rejim var, bu idarəçilik sistemi qalırsa, həbslər də davam edəcək.

Son vaxtlar şərlənərək həbs olunanların demək olar ki, böyük əksəriyyəti gənclərdir. Həm də hakimiyyət həbs olunan gənclərə qarşı daha amansız olur, gənclərə maksimum həbs cəzası verilir. Elə bir neçə gün bundan əvvəl məhkəmənin qərarı ilə Qiyasəddin İbrahimova verilən 10 il həbs cəzası  buna misal ola bilər. Onun etdiyi əmələ (Büstün yazılmasına) haqq qazandırmıram,  heç də yaxşı iş deyil.Lakin bu baş verən hadisə ictimai-siyasi arenada nəyinsə dəyişməsinə səbəb olmadı və  bir çox intelektual oyunların qalibi olan  gəncin 10 il həbs cəzası almasına, azadlığının itirilməsinə  səbəb oldu.

Hakimiyyət çox yaxşı başa düşür ki, gənclər bütün dəyişiklərdə mühüm rol oynayır və hərəkətverici qüvvəyə çevrilir. Aktiv gəncləri həbs etməklə hakimiyyət Azərbaycanın gələcəyi olan azad fikirli, fərqli düşüncəli gənclərin gözünü qorxutmağa, siyasi proseslərdən kənar saxlamağa çalışır. Bu cür ittihamlar ictimaiyyətdə kinayə hissi yaratsa da,aidiyyatı qurumları qınaq obyektinə çevirsə də, beynəlxalq qurumların hakimiyyətə qarşı təzyiqlərinin artmasına səbəb olsa da, hakimiyyətin beynəlxalq ailəmdə imicinə ciddi ziyan vursa da, heç kimin həbslərdən sğortalanmadığı bir vaxtda biz gəncləri maksimum dərəcədə bu sistemin repressiyasından qorumalıyıq.

Qeyd edim ki, bu gün Azərbaycanın gələcəyi olan gəncliyin onsuz da böyük problemləri var. İşsiz-gücsüz, evsiz-eşiksiz, asudə vaxtını səmərəli keçirə, istədiyi formada təhsili ala, yaşaya bilməyən, zamanında ailə həyatı qurmaq imkanı olmayan bir Azərbaycan gəncliyi var. Dövlət qayğısından uzaq olan gənclik imkan tapdığı ilk fürsətdə ölkəni tərk edərək, qonşu ölkələrə, Avropaya üz tutur, gənclik dövrlərində fiziki və elmi potensiallarını getdikləri ölkələrə sərf etməli olurlar. Gənclərə qarşı aparılan siyasət bir neçə ildən sonra ölkədə ciddi fəsadların yaranmasına səbəb olacaqdır. Hakimiyyətin gənclərə münasibətini bildiyimiz halda onları qorumalı, həbslərə itələməməli , radikall  dini qruplaşmalara, radikalizmə yuvarlanmasına imkan verməməliyik. Bütün naliyyətlərin, bütün qələbələrin başında elm dayanır. Bu intelekt gənclər oxumalı, elmi potensiallarını artırmalı, mübarizələrini hüquqi müstəvidə aparmalıdırlar. 

Təəssüflər olsun ki, məhz Azərbaycanda siyasi təzyiqlərə məruz qalanlar da elmi potensialı, intilekti olan gənclərdir.  Faktlar onu göstərir ki, həbs olunan gənclərin böyük əksəriyyəti həbsdən sonra ya içtimai-siyasi arenada zəif görsənir, ya da ölkəni tərk edib gedirlər. Yəqin ki, 2009-cu ildə şərlənərək həbs olunan iki blogerin- Emin Milli və Adnan Hacızadənin qalmaqallı həbsini xatırlayırsınız. Həbsdən sonra valideynlərinin məsləhəti ilə Adnan Hacızadə  siyasi-ictimai gündəmdən birdəfəlik çəkildi. Emin Milli isə ölkəni tərk edərək fəaliyyətini xaricdə davam etdirməli oldu. Və ya başqa bir fakt, Harvard  Unversitetini bitirən Bəxtiyar Hacıyevin 2010-cu ildə Parlament seçkilərinə qatılması, siyasi arenada aktivliyi  onun  həbsi ilə nəticələndi, ciddi təzyiqlərə məruz qaldı, sonradan demək olar ki, ictimai-siyasi arenadan çəkilməli oldu və ölkəni tərk etdi. Bu faktları istənilən qədər uzatmaq olar. Etiraf edək ki, biz gəncləri yetərincə qoruya və müdafiə edə bilmirik.
Bəzi hallarda isə həbs olunan gənclər həbsdən sonra düşərgələrini dəyişməli oldular. Buna  isə çox zaman  elə biz özümüz rəvac verdik. Həbs olunarkən qəhramana çevirdiyimiz gənclər, obyektiv-subyektiv səbəblərdən  əfv ərzəsi yazdığına görə, "sındı, satıldı” deyərək üzərinə o qədər gedildi ki, qeyri- ixtiyari əks düşərgədə yer aldılar və müxalifətin əleyhinə kəskin bəyanatlar verdilər.

Hakimiyyət nəzərə almalıdır ki, bu həbslər gəncləri islah etmir, əksinə onların həyatında böyük mənəvi travmalar yaranmasına səbəb olur.

Hesab edirik ki, hakimiyyət gənclərlə davranışda daha diqqətli olmalı, onları həbs etmək əvəzinə intellektual, dünya ilə ayaqlaşa bilən, azad düşüncəli Azərbaycan gəncliyinin yetişməsi üçün münbit şəraitin yaradılması istiqamətində təxirəsalınmaz addımlar atmalı, siyasi-ictimai aktivliyinə görə şərlənərək  həbs cəzasına məhkum olunmuş gənclər dərhal azadlığa buraxılmalıdır.

Müxalifət isə ən azından ölkəmizin gələcəyi olan gəncləri problemlərdən  qurtarmaq, onların həbslərinə  imkan verməmək , hər gün intihar edən-istər siyasi, istər mənəvi, istərsə  də fizik cəhətdən gəncliyin itirilməsinin qarşısını almaq üçün bir araya gəlməli, çıxış yolları aramalı, hakimiyətin gənclər siyasətini dəyişmək üçün müqavimət gücünü artırmalıdır.

Elman Abbasov
Ümid Partiyası sədrinin Mətbuat və İnformasiya üzrə müavini

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300