Noyabrın 7-də Qazaxıstanın paytaxtı Astanada hərbi məhkəmə biznesmen Toxtar Tuleşova 21 il həbs cəzası kəsib. O, hakimiyyəti zorla ələ keçirməyə cəhddə, narkotik vasitələrin qanunsuz dövriyyəsində və başqa cinayətlərdə təqsirli bilinib. Biznesmenə Cinayət Məcəlləsinin 16 maddəsi üzrə hökm oxunub.

Məhkəmə Toxtar Tuleşovun qeyri-qanuni yolla əldə etdiyi əmlakın müsadirəsi barədə də qərar çıxarıb. Hökmə görə, biznesmen kommersiya və ictimai təşkilatlarda rəhbər vəzifələr tutmaqdan ömürlük məhrum olunub. O, həbs cəzasını ciddi rejimli həbsxanada çəkəcək.

Toxtar Tuleşov və daha bir neçə şəxs bu ilin yanvarında tutulublar. 2016-cı ilin iyunun əvvəllərində isə Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi ölkədə dövlət çevrilişinə cəhd göstərən qrupun üzvlərini həbs edib. Dövlət Təhlükəsizliyi Komitəsi çevrilişə cəhd qrupuna Toxtar Tuleşovun başçılıq etdiyini bildirib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300