Bolqarıstanda prezident seçkilərinin ikinci turuna start verilib.

"Report”un Şərqi Avropa bürosu xəbər verir ki, prezident postu uğrunda Bolqarıstan Sosialist Partiyasının üzvü, Hərbi Hava Qüvvələrinin sabiq komandanı Rumen Radev və hakim "Vətəndaşlar Bolqarıstanın Avropa inkişafı uğrunda” (GERB) Partiyasının namizədi, Xalq Yığıncağının sədri xanım Tsetska Tsaçeva mübarizə aparacaq.

"Gallup İnternational” agentliyinin ölkədə keçirdiyi sorğunun nəticələrinə əsasən, Rumen Radev 55 faiz səslə seçkinin favoriti hesab olunub. O, rəqibi Tsetska Tsaçevanı 10 faiz səslə qabaqlayıb.

Bolqarıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçki siyahılarına səsvermə hüququna malik 7 milyon seçicinin adı daxil edilib.

Xatırladaq ki, ötən həftə keçirilən prezident seçkilərinin birinci turunda Rumen Radev seçicilərin 25,76 faiz, Tsetska Tsaçeva isə 21,97 faiz səsini toplayıb. Səsəvermədə təxminən 4 milyon seçici iştirak edib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300