Dünən e-ticarətlə məşğul olan Çinin "Alibaba” şirkəti rekord vurub, 24 saat ərzində 18 mlrd. dollarlıq mal satıb. İqtisadçı-ekspert Natiq Cəfərli bunu özünün feysbuk səhifəsində yazıb.

"Alibabanın” sahibi dünyanın ən varlı adamlarından biridir, ağlı, zəkası, iş qabiliyyəti sahəsində internet üzərindən ticarət etməklə böyük bir biznes-imperiya qurub. İşə başlamaq üçün dostundan cəmi 60 min dollar borc alıbmış, keçmiş məktəb müəllimidir.

"Alibaba"nın dünənki alveri Azərbaycanın, az qala, 2 illik büdcəsi qədərdir. Hətta Çin kimi, yumşaq desək, qanunların yaxşı işləmədiyi, məhkəmələrin tam azad olmadığı bir ölkədə məktəb müəllimi milyarder ola bilər. Bizdə belə bir biznesi ilk 100 min dollar qazancdan sonra "çovdarovlar” onun əlindən alardılar. Məhz buna görə də Çində müəllim yüzmilyardlarla dövriyyəsi olan biznes qurur, bizdə isə icra hakimiyyətinin əmri ilə pampıq yığır”, – Natiq Cəfərli yazıb.

bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300