Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 79 min nəfər və ya 0,8% artaraq 2016-cı il oktyabr ayının 1-i vəziyyətinə 9 milyon 784,6 min nəfərə çatıb. Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər olub.
 
Əhalinin ümumi sayının 53,1 faizini şəhər, 46,9 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.
 
Cari ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 119,7 min, yaxud hər gün orta hesabla 437 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,5 təşkil edib. Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlardan ibarət olub. Körpələrin 2090-ı əkiz, 54-ü isə üçəm doğulub.
 
Ölkə üzrə cari ilin ilk 9 ayı ərzində 42,0 min ölüm halı qeydə alınıb, ölüm səviyyəsi hər 1000 nəfər əhaliyə 5,8 olub.
 
2016-cı ilin yanvar-sentyabr ayları ərzində qeydiyyat şöbələri tərəfindən 50,4 min nikah və 9,6 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 7, boşanmaların sayı isə 1,3 olub.
 
Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana daimi yaşamaq üçün 2678 nəfər gələn və 1397 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 1281 nəfər təşkil edib.
 
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300