17 noyabr Mili Dirçəliş günündən düz 28 il keçdi. Milli Dirçəliş günü Sovet İmperiyası ilə bərabər həm də ermənilərin Qarabağ torpağına iddiasına qarşı bir dirəniş idi. Nə yazıqlar ki, obyektiv və subyektiv səbəblərdən bir neçə ilin içərisində nəinki Dağlıq Qarabağımız, həm də ətraf 7 rayonumuz rus və erməni birləşmələri tərəfindən işğal edildi. 25 ildir həm Qarabağdan, həm də Qərbi Azərbaycanda didərgin düşmüş soydaşlarımız torpaq, yurd-yuva həsrəti ilə yaşayır. Qarabağlılar doğma torpaq nisgili ilə dünyasını dəyişir. Gənclərimiz Qarabağsız böyüyür. İllər ötür problem həll olunmur ki, olunmur. Ortada isə ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona ara-sıra gəlməsindən, bəyanat verməsindən, beynəlxalq təşkilatların açıqlamalardan, prezidentlərin ara-sıra görüşməsindən, bir də, hər dəfə atəşkəs pozularkən şəhid xəbərlərindən başqa bir şey yoxdur. 
Uzun müddətli atəşkəsdən sonra bu ilin aprel döyüşləri vəziyyəti yenidən gərginləşdirdi, bəyanatlar , açıqlamalar intensivləşdi. Təssüflər olsun ki, həm hakimiyyət, həm ekspertlər, həm də müxtəlif media qurumları tərəfindən zaman-zaman dövrüyəyə buraxılan işğal altında olan torpaqlarımızın azad olunması ilə bağlı informasiyalar-Madri prinsipi, 5+ 1 formatı və s. kimi açıqlamalar sonda insanlarda ümidlərin qırılmasına gətirib çıxarır. Bəzi ekspertlərin açıqlamaları və sonrada bu tip açıqlamaların özünü doğrultmaması da insanlarda ruhu düşgünlüyü, xəyal qırıqlığı yaradır. Hakimiyyətlərin zaman-zaman verdikləri bəyanatları başa düşüləndir. Həm Azərbaycan , həm də Ermənistan hakimiyyətinin ölkələrindəki iktisadi-siyasi vəziyyəti nəzərə alaraq verdikləri bəyanatları başa düşmək olar, amma bəzi ekspertlərin açıqlamaları, media qurumlarının yaydığı informasiyalar başa düşülən deyil . Həqiqət odur ki, bu gün münaqişənin həlli istər hərb, istər danışıqlar yolu ilə münaqişə tərəflərinin özündən asılı deyil. Hərbi yolla münaqişənin hələlik həll olunmasının münkünsüzlüyü Azərbaycan tərəfinin aprel ayında apardığı uğurlu əməliyyat zamanı özünü göstərdi. Əməliyyatların dayanadırılması üçün Azərbaycana böyük dövlətlərin təzyiqinin şahidi olduq. Münaqişənin açarı Rusiyadadır və və nə qədər ki Rusiyanın rejionda təhsir imkanları güclüdür, münaqişənin həllindən, həm də ədalətli həllindən söhbət gedə bilməz. Rusiaya münaqişəni uzatmaqla Cənubi Qafqazın hər üç respublikasını, əsaən də Ermənistanı təsir dairəsində , istənilən zaman Azərabaycana təzyiq imkanını əlində saxlayır. Hər iki tərəfə silah satmaqla milyardlarla gəlir əldə edir. Qarabağ üzərindən kütləvi şəkildə tranzit narkotik ticarəti , habelə terrorist quruplaşmaların hazırlanması prosesi həyata keçirilir. Zaman-zaman həm tranzit narkotik ticarəti, həm də terrorist quruplaşmaların təlimi ilə bağlı faktlar mediada öz əksini tapıb.
Faktlara nəzər salsaq təkcə Rusiya 2013-cü ildə Azərbaycan və Ermənistana böyük həcmdə hərbi texnika və silah sistemlərinin satışını reallaşdırıb. BMT Adi Silahlar Registrinə istinadən məlumat a nəzər salsaq görərik ki, həmin ildə rəsmi Moskva Azərbaycana 10 ədəd tank, 10 ədəd Piyadaların Döyüş Maşını, 438 ədəd artilleriya sistemi, 25 ədəd döyüş helikopteri satıb. Ermənistana satılan texnikaların sayı Azərbaycanla müqayisədə daha çox olub. Belə ki, hesabatda yer alan məlumata görə, 2013-cü ildə Rusiya Ermənistana 35 ədəd tank, 110 ədəd döyüş maşını, 50 ədəd açıqlanmayan raket buraxıcı sistem və 200 ədəd raket satışını reallaşdırıb. Əlavə olaraq Rusiya və Ermənistan hökumətləri arasında 2015-ci ilin iyun ayının 26-da imzalanmış, Ermənistana dövlət ixrac kreditinin təqdim edilməsinə dair razılaşmaya görə, Rusiya tərəfi Ermənistana Rusiyada istehsal edilən silahların və hərbi texnikanın alınması üçün 200 milyon dollar məbləğində kredit təqdim edib. Bu il isə Rusiyanın Ermənistana satdığı raketlər əslində funksional özəllikləri və hədəfi vurma radiusu xeyli azaldılmış "İsgəndər-E” kompleksi ilə bağlı məlumatlar təsdiqini tapıb. 
2015-ci ilin əvvəllərindən Rusiya Azərbaycana T-90C tanklarının satışını həyata keçirir. Daha əvvəllər isə Rusiyanın "Rosoboroneksporte” şirkəti bəyan edib ki, Rusiya Federasiyası 2010-cu ildə bağlanmış saziş əsasında 2017-ci ilə qədər iri silah və texnika partiyalarının çatdırılmasını təmin edəcək. Göründüyü kimi Qarabağın işğalı və münaqişənin həll olunmaması daha çox rusiyaya sərf edir. Rusiya münaqişə edən tərəflərə milyardlar dəyərində silah satır. Habelə münaqişənin həll olması Ermənistanın Rusiyada üz döndərərək təsir imkanından çıxmasına, Rusiyanın tamamilə cənubi qafqazda təsir imkanını itirməsinə gətirib çıxaracaq. 
Bu arada başqa bir məsələyə də toxunmaq istəyirəm. Bu günlərdə erməni prezdent Serj Sarkisyan çıxışında qeyd edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, ancaq hesab edir ki, Dağlıq Qarabağ probleminin həllində xalqların öz müqəddəratını təyinetmə hüququ nəzərə alınmalıdır. Əgər bu adam sözlərində səmimidirsə o zaman Qərbi Azərbaycandan,öz doğma dədə-baba torpağından qovulan 100 minlərlə azərbaycanlın müqəddəratı necə olacaq? Əslində bu məsələni qaldırmaq, beynəlxalq təşkilatların qarşısında tələb etmək, gündəmdə saxlamaq və Qarabağ danışıqlarında bir detala çevirmək aidiyyatı qurumların işidir. Təəssüflər olsun ki, hazırda bu məsələ, sydaşlarımızın doğma dədə-baba yurduna qayıtması və müqəddəratını həll etmə məsələsi tamaıilə gündəmdən çıxarılıb.
Qarabağ münaqişəsinin həllinə gəldikdə isə bu, hər iki xalqın özü iradəsini ortalığa qoyması ilə ola bilər. Bu xalqlar uzun illər qonşu yaşayıb, ortaq dəyərlərdən çixiş ediblər. Aralarında baş verən münaqişələr isə hər zaman regionda məkrli oyunları olan kənar qüvvələrin, etniq separaçıların təsiri ilə baş verib. Bu gün erməni etnik separatçılarından başqa bütün sadə erməni xalqı Qarabağın Azərbaycan torpağı olduğunu qəbul edir və heç də münaqişənin uzanmasını tərəfdarı deyillər. Münaqişənin həllinin ən optimal variantını isə Ümid Partiyası təklif edib və bu təklif dəyərləndirilməlidir. Rusiya Cənubi Qafqazdan çıxmalı, regionun hər üç respublikasının iştirakı Avropa Birliyinin kiçik modelində Cənubi Qafqaz birliyi yaradılmalıdır. Bütün mübahisəli məsələlər xalqların öz arasında həll edilməli. Etnik milli seperatizmə son qoyulmlıdır. Bu bu baş verərsə həm də Cənubi Qafqaz respublikalarının iqtisadi inkişafına güclü təkan verə. 

Elman Abbasov
Ümid Partiyasının Mətbuat və İnformasiya üzrə 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300