Gürcüstan faktiki olaraq Rusiya tərəfindən mühasirəyə alınıb.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın "Rezonans” qəzetinə müsahibəsində gürcü hərbi ekspert İrakli Aladaşvili söyləyib. Onun sözlərinə görə, "İsgəndər” raketlərinin Ermənistanda yerləşdirilməsi Gürcüstan üçün təhdiddir:

"Rusiyanın müasir raket sistemləri Gürcüstan səmasını örtməyə qadirdirlər. Əgər Gümrüdəki rus bazası əmr alsa, istənilən an Gürcüstana qarşı hərəkətə keçə bilər. Üstəlik, Gürcüstan ərazisində qondarma Cənubi Osetiya və Abxaziya regionları da var”.

Digər gürcü ekspert Vaxtanq Maisaya isə Rusiyanın Ermənistandakı "İsgəndər”lər vasitəsilə Gürcüstanın Qərbə inteqrasiyasının qarşısını almağa çalışdığını bildirib:

"Rusiya Gürcüstanı öz təsir dairəsi hesab edir. Moskva planlarını bizim NATO-ya inteqrasiyamız ucbatından reallaşdıra bilmir. Rusiya istənilən an Şərqi Avropadan NATO və Avropa Birliyinə üzv olmayan ölkələri aktiv şəkildə öz təsir dairəsinə qaytarmağa başlaya bilər. "İsgəndər”ləri Ermənistanda yerləşdirməklə Moskva Gürcüstana hədə-qorxu gəlir. Bu kompleks vasitəsilə buraxılan raketlər 500 kilometrə qədər məsafədə yerləşən hədəfləri məhv edir. Bu isə Bakı-Supsa neft kəmərinə, Qori, Tiflis və digər şəhərlərimizə təhdiddir”.

Qeyd edək ki, Rusiya bir müddət öncə Ermənistana İsgəndər-M raketlərini verib. Moskva bu addımını indiyə qədər heç nə ilə izah etməyib. Rəsmi İrəvan belə bir raketi bölgədə stabilliyi qorumaq üçün aldığını açıqlayıb. İndiyə qədər Ermənistana İsgəndər-M-lərin nə qədər və hansı qiymətə verildiyi açıqlanmayıb.

İsgəndər-M yalnız Rusiya ordusu üçün nəzərdə tutulub və dünyanın heç bir ölkəsinə ixrac edilmir. Bu raketlərin Ermənistana verilməsi onun xarici ölkəyə satıldığı ilk haldır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300