Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu maraqlı və maraqlı olduğu qədər də söz-söhbət yarada biləcək bir təkliflə çıxış edib! O, Qaziler.az saytına bildirib ki, deputatların maaşı ləğv edilsin!

Rey Kərimoğlu: "İlham Əliyevin yerinə olsam, ümumiyyətlə, deputatların maaşını ləğv edərəm! Axı 5-6 nəfəri çıxsaq, parlamentdə əyləşənlərin əksəriyyətinin aylıq 1500-2000 min manat ehtiyacı yoxdur! Köməkçiləri də ləğv edilsin! Kim istəyir canı çıxsın öz pulu ilə özünə köməkçi saxlasın! 

10-15-20-25 ildir deputatdırlar, qoy bundan sonra millətə pulsuz xidmət etsinlər də!

O pulu da yönəltsinlər Şəhid ailələrinin 20 ildir verilməyən qanpulunun (hər ailəyə 11 min manatdır) ödənilməsinə! 

Köməkçiləri ilə birlikdə ilə 3-4 milyon manat edir! Təkcə bu qənaətlə dövlət 4 ilə Şəhid ailələrinə olan borcunu tam bağlaya bilər!

Gözünüzü yumub deputatlarımızı gözünüzün qabağına gətirin...

Cəbhədə hər iki ayağını itirmiş 18 yaşlı əsgərə 75 manat verilməsinə səs verən adamlara pul düşmür! Şəhid ailəsini 200 manatın ümidinə buraxılmasına səs verən duputat pul düşmür!

Vallah, elə belə demirəm! Qarabağ qazisinə, Şəhid ailəsinə belə hörmətsizlik edən adamlara pul vermək olmaz!

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300