ABŞ İrana qarşı bəzi sanksiyaları 10 il müddətinə uzatdı, buna qarşılıq olaraq isə rəsmi Tehran ABŞ-ı hədələdi

ABŞ-ın İrana qarşı bəzi sanksiyaları 10 il müddətinə uzatmasına cavab olaraq İranın dini lideri Xamneyi bildirib ki, İran əleyhinə olan sanksiyaların müddətinin ABŞ tərəfindən uzadılması nüvə müqaviləsinin ləğvi ilə nəticələnə bilər. Bundan əlavə Xamneyi deyib ki, "ABŞ hakimiyyəti bir çox vasitə ilə nüvə anlaşmasını pozur. Sanksiyaların 10 il müddətinə uzadılması bundan xəbər verir. Əgər bu həyata keçirilsə, nüvə anlaşması əleyhinə olacağıq. İslam Respublikası bunun cavabını verəcək".

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp seçki qabağı Rusiya ilə yanaşı İranla da münasibətləri nizama salacağı barədə bəyanatlar vermişdi.

ABŞ-ın İrana qarşı tətbiq edilən sanksiyaların müddətini uzatması və İranın buna cavab olaraq ABŞ-ı hədələməsinə politoloq Zərdüşt Əlizadə Ölkə.az-da münasibət bildirib:

"ABŞ-ın İrana qarşı bəzi sanksiyaların müddətini 10 il uzatmasına cavab olaraq rəsmi Tehran nüvə müqaviləsindən çıxa bilər və tam həcmdə nüvə proqramına başlaya bilər.

ABŞ bu qərarı ilə özünü beynəlxalq hüquqa qarşı hörmət göstərməyən bir dövlət kimi təqdim etdi. 6 dövlət İranla danışıqlar apardı, ortaq razılığa gəldilər. ABŞ isə ya İsrailin tələbi ilə, ya da öz istəyi ilə müqaviləni yerinə yetirməkdən imtina edir. Bu onu göstərir ki, ABŞ qeyri-ciddi dövlətdir və onunla danışığa getməyin mənası yoxdur.

Trampın seçki öncəsi vədlərinə gəldikdə isə, hələlik prezident Obamadır, Tramp deyil. Hələlik baş verənləri Obama administrasiyası edir. Tramp özü prezident olduqdan sonra nə edəcəyi hələ ki, bilinmir. Trampın başına yığdığı komandasının üzvləri mühafizəkar və mürtəce adamlardır. Respublikaçılar həmişə sərt başlayıblar və sonda ən böyük yumşaqlığa gediblər. Düşünürəm ki, İran üçün təhlükəli heç nə yoxdur".

Səxavət Məmməd, ölkə.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300