"Zəvvarların Ümrə (kiçik Həcc) ziyarətinə getməsi Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin viza təqdim etməsindən sonra mümkün olacaq”. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev "Report”a bildirib ki, Ümrə ziyarətinə getmək üçün kifayət qədər insan müraciət edib: "Sənədlərini təqdim edən şəxslərə viza almaq üçün Səudiyyə Ərəbistanının Bakıdakı səfirliyinə müraciət olunub. Vizalar dekabrın 10-dan sonra veriləcək. Vizalar verilən kimi Ümrə ziyarəti də başlayacaq. Amma bu il ikinci dəfə gedənlərdən Səudiyyə Ərəbistanı tərəfindən əlavə olaraq 530 dollar rüsum alınacaq”.

H.Babayev bu ilki Ümrə qiymətlərini də deyib. QMİ rəsminin sözlərinə görə, ötən il Ümrə ziyarətinin qiyməti 1800-2500 dollar arasında olub. Bu il isə 2200-2800 dollar nəzərdə tutulub, amma tam dəqiqləşdirilməyib.

Qeyd edək ki. Azərbaycanda Həcc və Ümrə ziyarətlərini QMİ təşkil edir. Həcc ziyarəti il ərzində yalnız bir dəfə - Hicri Zilhiccə ayında baş tutur. Ancaq Ümrə ziyarətinə ilin bütün vaxtlarında getmək olar. Azərbaycanda Ümrə ziyarəti bir qayda olaraq bir həftə olur. Həcc ziyarətində olduğu kimi, Azərbaycanda Ümrə qiymətləri bahalı olur. 

Ancaq bu ilki qiymətlərin ötən illə müqayisədə daha da bahalaşması müşahidə olunur ki. Bu ada anlaşılmazdır. Çünki məntiqlə dollar bahalaşdığı üçün qiymətlər bahalaşmamalı idi. Qeyd edək ki, əvvəlki illərdə Ümrə ziyarəti qiymətləri 1600-2350 manat arasında dəyişib. Ancaq qiymətlərdən belə məlum olur ki, bu il xeyli baha olacaq. Orta qiymət 4 min manatdan baha olacaq. Bu isə xeyli bahadır. Qeyd edək ki, qiymətlərin məhz dollarla hesablanması anlaşılandır. Ancaq müqayisə etdikdə, bu qiymətlər nəinki qonşu ölkələrlə müqayisədə bahadır. 

Məsələn qonşu Türkiyədə Azərbaycandan fərqli olaraq Ümrə ziyarəti bu təşkilatın inhisarında deyil. Türkiyə Diyanət Vəqfinin ziyarət təşkilatı ilə yanaşı özəl şirkətlər də il ərzində Ümrə ziyarəti təşkil edir. Ancaq baxmayaraq ki, Türkiyədə ziyarəti özəl şirkətlər təşkil edir, ancaq qiymətlər xeyli dərəcədə çeşidli və ucuzdur. Məsələn, "Fazilet” turizm şirkətinin saytında verdiyi elanlardan görünür ki, noyabr ayında müqəddəs torpaqlara Ümrə ziyarəltəi var. Müxtəlif qiymətlər təklif edən şirkət 3ulduzlu otellərdə qalmaq şərti ilə 14 günlük Ümrə ziyarətini 749 dollardan təklif edir. Bu qiymət 1500 dollarlıq 5 ulduzlu Kəbəyə 200 metr məsafədə "Anjum” oteldə qalmaq təklif edən 8 günlük və ya 10 günlük eyni şərtlərdə 1700 dollarlıq paketlərə qədər yüksəlir.  Ümumiyyətlə, Türkiyə şirkətlərinin ən lüks Ümrə paketinin qiyməti 15 günlük ziyarət müddəti üçün 2500 dollardır. "İnanç” turizmin təklif etdiyi paketlər Məkkədə "Movenpick” Kəbəyə çox yaxın yerləşən və 15 günlük Ümrə turu 1650 dollaradır. Ancaq təbii ki, özəl turizm şirkətləri əlavə xidmətlər, o cümlədən ayrıca nömrə sifarişi və digər xidmətlərə görə paketlərin qiymətini qaldıra bilir. Ancaq bütün səfərlər üçün türk mətbəxi və digər xidmətlər dəyişilməzdir. 

Türkiyənin rəsmi dini qurumu olan Diyanət İşləri Başqanlığının Ümrə paketləri isə standart, çox da fərqlənmir. 

"Diyanət”in 2017-ci il üçün hazırladığı Ümrə ziyarət xidmətləri minimum 950 dollardan maksimum 1950 dollara qədər dəyişir. Azərbaycan qiymətlərindən təxminən 1000 dollar daha ucuz. Qeyd edək ki, Türkiyədə bu ziyarətlərin daha peşəkar və yüksək səviyyəli hazırlandığını nəzərə aldıqda Azərbaycandakı qiymətlərin bahalığını daha çox nəzərə çarpır. 

Kənan, musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300