Hüquq müdafiəçiləri Azərbaycanın "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Avropa Şurasının Konvensiyasına qoşulması üçün Milli Məclisə və hökümətə müraciət ünvanlayıb.


Bu barədə "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib.

Müraciətdə son zamanlar qadınlara qarşı zorakılıq və dəhşətli cinayətlərin artdığı qeyd olunub.

 

"Son illərdə Azərbaycan dövlətinin qadınlara qarşı gender əsaslı zorakılıqla mübarizə sahəsində həyata keçirdiyi tədbirlərə baxmayaraq, hələ də qadınlara qarşı zorakılıq halları mövcuddur. Təəssüflə qeyd etmək istərdik ki, son zamanlar ailələrdə qadına qarşı yönəlmiş zorakılıq halları daha qəddar formalarda baş verir. 31 oktyabr 2016-cı il tarixdə Qəbələ rayonunda 25 yaşlı hamilə və 3 uşaq anası Verdiyeva Səbinə Məzahir qızı əri tərəfindən qəddarlıqla qətlə yetirildi. Belə hadisələrin sayı çoxdur və qanunvericilik, icra sahəsində köklü dəyişikliklərin aparılmasını ehtiyac var”, – müraciətdə bildirilir.


Sənəddə qeyd edilir ki, BMT-nin Qadınlara qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Komitəsinin Azərbaycanın 5-ci Hesabatı ilə bağlı Yekun Tövsiyələrində Azərbaycan hökumətinə təxirəsalmadan məişət zorakılığı ilə mübarizədə Milli Fəaliyyət Planı qəbul etməsinə və Avropa Şurasının "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Konvensiyasına (qısalmış adı: İstanbul Konvensiyası) qoşulmasına dair çağırış edilib. İstanbul Konvensiyası qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizə aparmaq və onu aradan qaldırmaq üçün üzv dövlətlərə ən yaxşı beynəlxalq təcrübəyə əsaslanan hərtərəfli qanunvericilik bazası, siyasət və tədbirlər təklif edir. Eyni zamanda, Konvensiya qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı kimi məsələləri səmərəli şəkildə həll etmək üçün işə cəlb olunmuş bütün müvafiq dövlət qurumları, xidmət qruplarını və qeyri-hökumət təşkilatlarını əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməyə çağırır. Bundan əlavə, Konvensiya müstəqil monitorinq mexanizmi yaradır və onun milli səviyyədə icrası ilə bağlı aparılan monitorinqdə parlament üzvlərinə xüsusi yer ayrılır.

Müraciəti tanınmış hüquq müdafiəçiləri imzalayıb.

Qeyd edək ki, hər il 25 noyabr – 10 dekabr Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq Kampaniyası keçirilir.

Ötən il qadınlara qarşı 2248 zorakılıq faktı qeydə alınıb. 32 qadın qətlə yetirilib. Bu il isə 20-dən çox qadın öldürülüb, 110 qadın, 28 uşaq intihar edib. (virtualaz.org)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300