"Azərbaycan bizim əsas qaz ixracatçımızdır. Gürcüstan istehlak etdiyi təbii qazın böyük hissəsini Azərbaycandan alır”.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri parlamentdəki çıxışı zamanı Gürcüstanın energetika nazirinin vəzifələrini icra edən Kaxa Kaladze söyləyib.

Deputatların Gürcüstanın enerji, xüsusən də təbii qazla təminatı barədə suallarını cavablandıran Kaladze deyib: "Biz bu ilin fevral ayında təbii qazın alınması ilə əlaqədar Azərbaycan ilə çox mühüm sənəd imzalamışıq. Bu sənədə əsasən biz Azərbaycandan kifayət qədər mavi yanacaq alırıq. "Şahdəniz” layihəsi başa çatdıqdan sonra Gürcüstan qonşu ölkədən fasiləsiz, daha çox qaz alacaq”.

Təbii qazın alınması ilə bağlı digər dövlətlərin müvafiq strukturları ilə aparılan danışıqlara münasibət bildirən Kaladze deyib ki, bu danışıqlar Gürcüstanın milli maraqları naminə həyata keçirilir və ölkənin maraqları üstün tutulur.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300