Bakının Yasamal rayonunda sakinlər etiraz aksiyası keçirib.

Hadisə bu gün səhər saatlarında Yeni Yasamalda yerləşən "Şərur MTK"-ya məxsus binanın həyətində baş verib.

Əsəd Əhmədov küçəsində yerləşən binanın sakinləri öz narazılıqlarını və tələblərini dilə gətiriblər.
Bu barədə adının açıqlanmasını istəməyən bina sakinləri KİV-ə məlumat veriblər.

Binanın Sakinlər Komitəsi tərəfindən təşkil olunan etiraz toplantısında ilk olaraq dayanacaq qiymətlərinin qaldırılmasından şikayətləndiklərini deyən sakinlər, qarajların aylıq icarə qiymətinin 30 manatdan 60 manata qaldırılmasına etiraz ediblər.

Tələblər içində həmçinin abonentlərin "Azərişıq"a olan borclarını özlərinin ödəmək istəmələri olub. Belə ki, indiyə qədər "Şərurlu İsfəndiyar" adı ilə məşhur olan bina sahibi İsfəndiyar Axundov qeyri-qanuni olaraq buna imkan vermir. Sakinlər işıq pulunu məcburən bina rəhbərliyinə verir, o da öz növbəsində dövlətə ödədiyini bildirir.

Daha bir tələb isə, "Kupça" (Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış) barəsində olub. Sakinlər indiyə qədər hələ də bu mülki sənədi əldə edə bilməyiblər.
 
Nəhayət etirazlardan sonra İsfəndiyar Axundov hadisə yerinə gəlib. O, əvvəlcə sakinlərin şikayətlərini qəbul etmək istəməsə də, sonradan bəzi tələblərlə razılaşmalı olub.
Belə ki, qaraj qiymətləri əvvəlki qiymətə (30 manat) endirilib.

Digər məsələlərə isə baxılacağına söz verilib.(xeberman.com)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300