Almaniyanın "Heckler & Koch” silah şirkəti Türkiyəyə silah satmamaq barədə qərar qəbul edib.
 
APA-nın "Milliyet”ə istinadən verdiyi məlumata görə, satış strategiyasını dəyişən "Heckler & Koch” gələcəkdə yalnız NATO üzvü və NATO ilə yaxın münasibətlərə malik demokratik, korrupsiyanın mövcud olmadığı ölkələrə silah satacaq. Bu ölkələr "yaşıl siyahı”ya daxil edilib. Səudiyyə Ərəbistanı, Meksika, Braziliya və Hindistan kimi ölkələr bu siyahıdan kənarda qaldığı üçün gələcəkdə həmin ölkələrə silah satılmayacaq.
 
Almaniya mətbuatı şirkətin "sarı siyahı”ya daxil etdiyi Türkiyəyə də gələcəkdə silah satmamaq niyyətində olduğunu yazıb. "Heckler & Koch”un silah satışı ilə bağlı Almaniya hökumətindən icazə almaqda çətinliklə üzləşdiyi üçün satış strategiyasını dəyişdirdiyi bildirilir. Bununla belə, "Heckler & Koch” indiyə qədər imzalanmış müqavilələr çərçivəsində "yaşıl siyahı”ya daxil edilməmiş ölkələrə silah satışı ilə bağlı öhdəlikləri də yerinə yetirəcək.
 
Qeyd edək ki, bundan öncə Avstriya parlamenti Türkiyəyə silah satılmamasını tövsiyə edən qərar qəbul edib. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300