"Ölkədə enerji daşıyıcılarının qiymətlərini 1 nazir, 7-8 nazir müavinindən ibarət olan Tarif Şurası müəyyənləşdirmir. Hər kəs bilir ki, qazın və işığın qiymətlərinin artırılması ilə bağlı son qərar dövlət başçısının qərarıdır".

Bunu Müsavat başqanı Arif Hacılı feysbukda yazıb. 

"Hakimiyyətin bu tipli qərarları suda boğulanın saman çöpünə əl atmasına bənzəyir. Yanlış iqtisadi siyasət, səriştəsizlik, sahələr üzərində monopoliya, korrupsiya, israfçılıq, rüşvətxorluq ölkə iqtisadiyyatını çıxılmaz duruma salıb. Hakimiyyət birdən- birə 3 dəfə azalan dövlət büdcəsini də doldura bilmir. İslahatlar aparmaq, bu barədə verilən təklifləri müzakurə etmək əvəzinə yenə də əhalinin cibinə girmək, xalqın son ehtiyatlarını da əlindən almaq yolunu tutur", - Hacılı qeyd edib. 

Müsavat başqanı bildirib ki, qiymət artımı əhalinin qarət edilməsidir: "Aylar öncə demişdim ki, biz hələ böhrana tam daxil olmamışıq, böhran hələ irəlidədir. Yenə deyirəm ki, böhranın ağır nəticələri hər ay özünü daha qabarıq şəkildə göstərəcək. Qiymət artımı ilə əhalinin qarət edilməsi vəziyyəti xilas etməyəcək. Bəzi partiyalar Avropa oyunlarını alqışlayıb digərləri susanda biz bu oyunları boykot etdik, hakimiyyəti bu oyunlardan imtina etməyə çağırdıq. Bizi eşitmədilər".

Onun sözlərinə görə, ölkə ciddi siyasi və iqtisadi böhranla üz-üzədir: "Avropa oyunları siyasi məhbusların azadlığa buraxılmaması, fundamental insan haqlarının pozulması fonunda keçirildiyindən Azərbaycana, hətta bu oyunları canfəşanlıqla keçirən hakimiyyətə də ciddi siyasi ziyan vurdu. Milyardlarla vəsaitin xərclənməsi ölkədə maliyyə qıtlığı yaratdı, Maliyyə - bank sisteminin çökməsinin səbəblərindən biri də budur. İndi məlum olur ki, həmin dövrdə ölkəyə turist axını da nəinki artmayıb, əksinə 15 faizədək azalıb".

"İndi deyirik: 
Siyasi partiyaların, vətəndaş cəmiyyətinin, iqtisadi ekspertlərin, xalqın çağırışlarını eşidin, siyasi və iqtisadi islahatlarla bağlı irəli sürülən çoxsaylı təkliflərin müzakirəsi üçün dərhal məsləhətləşmələrə başlayın. İlk olaraq isə İslam Oyunları və Formula 1 yarışlarını keçirməkdən imtina edin", - deyə Müsavat başqanı hakimiyyətə çağırış edib.

Məsud Turan, arqument.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300