İsveçdə "21 Azər Həftəsi" sona çatdı  - Fotolar
 
Dekabrın 12-də Stokholmda Güney Azərbaycan Konqresinin təşkilatçılığı ilə başlanmış 21 Azər Həftəsi sona çatıb.
Bu haqda Uluyol.info-ya İsveçin Göteborq şəhərindən Ümid Partiyasının sədr müavini Rüfət Muradlı məlumat verib.
 
O bildirib ki, Stokholmda Güney Azərbaycan Milli Hökumətinin 70 illiyinə həsr olunmuş mərasimlə start götürən və uğurla davam edən "21 Azər Həftəsi" Goteborq şəhərində başqa bir tədbirlə sona çatdı. Əsasən Göteborq şəhərində yaşayan soydaşlarımızın qatıldığı bu tədbirdə Güney Azərbaycanın mühacirətdəki tanınmış ziyalıları və siyasi simalar Hüseyn Yəhyayi, Dadaş Əslanzadə, Şəkur Babazadə, Eldar Qaradağlı, Mahmud Bilgin, Əmir Mərdani və Haşım Bilgin 21 Azər hərəkatı və Güney Azərbaycandakı hazırkı durum haqda fikirlərini bölüşdülər.
 
Tədbirin əvvəlində isə təmsil etdiyi Ümid Partiyası və Borçalı Cəmiyyətinin mesajlarını iştirakçılara çatdıran Rüfət Muradlı AMEA- nın Cənubi Azərbaycan şöbəsi tərəfindən "21 Azər" hərəkatı haqda son günlər işıq üzü görmüş kitabları, habelə Əbülfəz Elçibəyin "Bütöv Azərbaycan Yolunda" kitabını təşkilatçılara təqdim edərək qısa çıxışında Milli hökümətin dövlətçiliyimiz üçün önəmini vurğuladı. Tanınmış ictimai -siyasi xadim Arif Rəhimovun Bütövlük düşüncəsi haqda çıxışı xüsusi diqqətlə izlənildi.
 
Tədbir Azərbaycanın tanınmış sənət adamı Solmaz Kosayevanın aramsız alqışlarla izlənən çıxışı ilə sona çatdı. Ümumiyyətlə bir həftə ərzində keçirilən tədbirlər və soydaşlarımızla ardıcıl təmaslarımızın kənarında İsveç Parlamentindəki görüşlərimiz Güney Azərbaycan davası adına olduqca əhəmiyyətli oldu. Güney Azərbaycan Konqresinin təmsilçiləri Abdulla Əmir Haşimi Cavanşir və Ayda Əmir Haşiminin iştirakı ilə dekabrın 16-da Yaşıllar Partiyasından olan millət vəkili Valter Matt ilə, dekabrın 17-də isə Sosial Demokrat Partiyasının Beynəlxalq əlaqələr üzrə katibi, millət vəkili Marten Löfberg ilə görüşlərdə 1945-46-cı illərdə Təbrizdə Azərbaycan Milli Hökumətinin qurulması və fəaliyyəti, Güney Azərbaycandakı son durum, özəlliklə 9 noyabr olayları ilə bağlı fikir mübadiləmiz oldu. Hər iki millət vəkili Güney Azərbaycan məsələsinin ölkənin Xarici İşlər Nazirliyinin diqqətinə çatdıracaqlarına dair vəd verdillər.

Düşünürəm ki, İsveçdə keçirilən "21 Azər Həftəsi"ni Azərbaycan Milli Hökumətinin 70 illiyi münasibətilə böyük uğur kimi dəyərləndirmək olar".

 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300