Bəzi insanlar hətta isti otaqda olduqda daim üşüyür. Belə insanlardan tez-tez "soyuğa davamım yoxdur" kimi ifadəni eşitmək olur.

 

Uluyol.info bildirir ki, soyuğa davamsızlıq bu kimi xəstəliklərin və pozulmaların simptomu ola bilər:

 

1. Qanazlığı. Bu əsas səbəblərdən biridir.

 

2. Artıq çəki. Kök insanlar normal çəkisi olan insanlarla müqayisədə daha çox üşüyür. Orqanizmdə yığılmış piy damarların sıxılmasına səbəb olur ki, bu da qan dövranını pozur. Nəticədə insan tez-tez üşüyür.

 

3. Qalxanvari vəzi xəstəlikləri. Bu kiçik vəz orqanizmdə çox vacib funksiyaları icra edir. Bu funksiyalardan biri istiliyin mübadiləsidir. Qalxanvari vəzinin fəaliyyətinin zəiflənməsi soyuğa davamsızlığa səbəb olur.

 

4. Arıqlamaq üçün tutulan pəhrizlər, natamam qidalanma. Bu vəziyyətdə insan qida ilə az kalori alır, bu kalorilər orqanizmi qızdırmaq üçün kifayət etmir və nəticədə insan tez-tez üşüyür.

 

5. Qan dövranı pozulmaları.

 

6. Hipotoniya (aşağı təzyiq).

 

7. Şəkərli diabet. Bu xəstəlik ürək-damar sistemini zədələdir ki, nəticədə qan orqanizmdə pis dövr edir, ətraflara çatmır. Nəticədə insan tez-tez üşüyür, xüsusilə ayaqlar soyuq olur, onlarda həssaslıq azalır.

 

8. Soyuğa qarşı allergiya. Bu nadir pozulma zamanı insanda soyuq havada dəri quruyur, qızarır, qaşınır, dodaqlar çatlayır. Belə insanlar soyuq havada hətta isti geyindikdə daim üşüyür.//sağlamolun.az//

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300