Dünən Bakı-Sumqayıt şosesi, Ər-Riyad Ticarət Mərkəzi ilə üz-üzə yerləşən Abşeron Gənclər Şəhərciyində yaşayan bir qrup sakin Akkord Şirkətlər Qrupuna məxsus ofisinin qarşısında etiraz aksiyası keçiriblər.


Sakinlərin A24.az-a dediyinə görə, yaşadıqları binada qaz sayğacı quraşdırılsa da, onlara kart verilmir ki, əhali qazdan istifadə etsin. Sakinlər aldadıldıqlarını iddia edir və bunun səbəbini öyrənmək üçün ofisə gələrək şirkətin rəsmisi ilə məsələni aydınlaşdırmağa çalışıblar. Lakin Akkordun rəsmisi insanları təhqir edərək ərazidən uzaqlaşdırmağa çalışıb.

 

Şikayət edənlərdən biri "sağımız, solumuz qazı yandırır, amma bizə vermədilər. Cəmi 12 adama qaz kartı verilib. 14 blokda isə rəsmi açılış olub və qaz istifadəyə verilib. 7 blokda isə sayğacların hamısı plomblanıb hazırdır, ancaq 12 nəfərə kart verilib, yerdə qalanlarına vermirlər. Səbəbini də demirlər. Elə deyirlər gözləyin” deyə bildirib.

 

Sakinlərin hadisə yerindən çəkdikləri videonu təqdim edirik:


Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300