Texnologiya inkişaf etdikcə, insan beynində də dəyişikliklər olur 

 


Son dövrlər texnologiyanın sürətlə inkişafı, insanların həyatına ciddi təsir edib. Heç şübhəsiz ki, müasir dövrdə hər bir insanın sosial şəbəkələrdə hesabının olması, texnologiya ilə sıx təması onun beyninə də təsir edir. Mütəxəssislər hesab edirlər ki, son dövrlər bu aspektdən yanaşdıqda, insanlar beyinlərini daha çox çalışdırırlar. 

Bəs, bu faktor beyinə necə təsir edir?

Öncə beyinlə bağlı kiçik bir araşdırmaya nəzər salaq. Belə ki, beyinə daxil olan və çıxan sinir impulslarının sürəti saatda 274 kilometrə bərabərdir. Bu impulsların surəti təxminən idman avtomobillərinin surəti ilə müqayisə olunur. Beyinin tam fəaliyyət etməsi üçün 10 voltluq lampa gücündə enerji tələb olunur. İnsan beyni hər hansı bir ensiklopediyadakı məlumatlardan 5 dəfə artığını yadda saxlamaq qabiliyyətinə malikdir. 

Texnologiya və beyin...

Bu sahə üzrə araşdırma aparan şəxslər hesab edirlər ki, uzun müddət texnoloji alətlər istifadə etmənin beyinə zərər verdiyi qətiliklə doğrudur. Çünki bu, beyinin elektrik fəaliyyətini və ümumi işini pozur. 

Bildirilir ki, müasir texnologiyaların ətraf mühitə yaydığı şüalar beyin hüceyrələrinə zərər verir. Beyin hüceyrəsində yaranan bu ziyan nəticəsində bir çox xəstəlik ortaya çıxa, və ya daha sonrakı illərdə ortaya çıxa bilən xəstəliklər daha erkən dövrdə görülə bilər.

Misal üçün "epilepsiya” deyilən xəstəlik  beynin elektrik fəaliyyətinin pozulması ilə gedən xəstəlikdir. 

Xarici mənbələrə görə, texnologiyanın beyinə əsasən aşağıdakı təsirləri mövcuddur. Belə ki, araşdırmalar göstərir ki "web” saytlarını ziyarət edən, video oyunları oynayan kəslər bunları etməyənlərə görə vizual məzmunu və simvolları daha tez qavrayırlar.  Bu, texnologiyanın beyinə olan faydasıdır.

Texnologiya sayəsində davamlı olaraq elektron məktublar, blog yazıları və mesajlar almamız da araşdırmalara görə, bizə mənfi təsir edən amildir. Belə ki, Qərb psioxoloqları bildirirlər ki, mesajlar insanı çox tez bir şəkildə həyəcanlandırıb, psixoloji təsir edir. İnsan təcili olaraq bu mesajlara cavab vermək istəyir. Bu da beyinə heç də müsbət təsir etmir.

İnternetdən çox istifadə edənlərə bir müddət sonra uzun mətnləri və hətta qəzetdən xəbərləri oxumağın belə getdikcə çətinləşdiyi iddia olunur. Bildirilir ki,  texnoloji alətlər sayəsində əsasən kiçik məlumatlar almağa öyrəşirik. 

"The Guardian” qəzetində nəşr olunan bir məqaləyə görə texnoloji alətlər sinir yollarımıza da zərər verir. Bunun nəticəsi olaraq biz nə qədər çox oxusaq da az şey xatırlamağa başlayırıq.

Bildirilir ki, başda internet olmaq üzrə, cib telefonları, və digər texnoloji alətlər istifadə etməklə gün ərzində daha çox informasiyaya məruz qalırıq. Bu isə diqqətin çox tez dağılamasına səbəb olur. 

Texnologiyaya bağlılıq həm də insanları cəmiyyətdən, insanlardan uzaqlaşdırır. 1960-cı illərlə 2000-ci  illər arasında bir müqayisə aparılaraq bildirilir ki, əgər əvvəllər  insanlar televiziya qarşısında ortalama olaraq 5 saat vaxt keçirirdilərsə, hazırda insanların texnologiya ilə əlaqəsi 12 saatadır. Mütəxəssislər hesab edirlər ki, az yaşlı uşaqların texnologiya ilə sıx bağlı olması, onların beyinlərinin inkişafına mane olur. 

Texnologiya sayəsində beynimizin fiziki quruluşu hər keçən il dəyişir. Araşdırmaçılar bildirirlər ki, bu faktor  zamanla duyğularımıza və insani keyfiyyətlərimizə mənfi təsir göstərir.

Amerikanın insan beyni üzərinə araşdırmalar edən elm adamlarından Gary Small və qrupu, müasir  texnologiyanın gənc beyinlərə necə təsir etdiyini araşdırıb. Bildirilir ki, müasir texnologiya, bir tərəfdən öyrənməyi sürətləndirib yaradıcılığı artırarkən, bir tərəfdən də ictimai izolyasiya yaradaraq, internet asılılığına gətirib çıxarır. Beyin təkamülünün yaşandığı dövrümüzdə müvəffəqiyyətli olmaq üçün, ola biləcək maneələrdən qaçmaq və bu təkamülə uyğunlaşmanı təmin etmək lazıdır. Amerika araşdırmaçıları bildirirlər ki, günümüzdə texnoloji inkişafla bərabər, beynimiz də daha əvvəl heç olmadığı bir sürətlə təkamül keçirir. 

İnternet üzərindən xəbərləşməyin isə insanların üz-üzə ünsiyyət bacarıqlarını itirməsinə səbəb olduğu qeyd olunur. Standford Universitetinin apardığı araşdırmaya görə, kompüter qarşısında xərclədiyimiz hər saatda, başqa insanlarla üz-üzə keçirdiyimiz qarşılıqlı zaman otuz dəqiqə azalır.

Əli Rais, musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300