İdman bədən quruluşlu iki cavan oğlan "Nigar” Klinikasının həmtəsisçisi, Tibb Universitetinin ginekologiya kafedrasının professoru Şahbaz Şahbazovun zorla mənzilinə soxulublar və onu vəhşicəsinə döyüblər.

Professora hücum edənlər mənzilin qapısını bağlayıblar və döyülmüş professoru blokda atıb gediblər.

Uluyol.info xəbər verir ki,  virtualaz.org-la əlaqə saxlayan Ş.Şahbazov Daxili İşlər Nazirliyinin "102”xidmətinin Qaynar Xəttinə zəng vurduğunu deyib. Onun sözlərinə görə, hələlik heç bir reaksiya yoxdur. Professorun həyat yoldaşı yaxınlıqdakı polis bölməsinə gedərək baş verənlər barədə məlumat verib və şikayət ərizəsi yazıb.

Hazırda yaşadığı Həsən Əliyev, 10 A saylı binanın blokunda olan professor deyir ki, ona hücum edən şəxslər KİV-də klinikanın qanunsuz zəbt olunması ilə bağlı yazılanların qisası olub.

Professor Ş.Şahbazov ona olunan hücum faktının araşdırılması üçün mətbuat vasitəsilə ölkə rəhbərliyinə, Baş Prokurorluğa və Daxili Işlər Nazirliyinə müraciət edib.

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300