Avstriyalı genetiklər autizmə səbəb olan yeni mutasiyanı tapıblar.

Mütəxəssislərautizmin DNT-də baş verən çoxlu mutasiyalar nəticəsində meydana çıxdığını müəyyənləşdiriblər.

Bu araşdırma metodikasının çətinliyi ondadır ki, autizmdən əziyyət çəkən xəstələrdə bu mutasiya nadir hallarda baş verir. Tədqiqatçılar autizmə səbəb olan nadir bir geni — SLC7A5-i tapıblar.

Tədqiqatçıların bildirdiyinə görə, yeni gen haqqında informasiya autizmin müalicəsi istiqamətində atılmış ciddi bir addımdır və mütəxəssisləri onun müalicəsinə yaxınlaşdırır. Alimlər bildiriblər ki, bu gen barədə məlumatları araşdırarkən onlar, demək olar, autizmin bütün əlamətlərinin ortadan qaldırılması üçün zəruri olan açarı əldə ediblər. Mütəxəssislərin izahına görə, SLC7A5 insan beyninin qan-damar sisteminə bəzi amin turşularının çatdırılması funksiyasını yerinə yetirir. Onun işinin pozulması nəticəsində, yaxud da o, mövcud olmadıqda, baş-beyin kifayət qədər qida qəbul etmir. Bu da o deməkdir ki, beyin öz funksiyasını normal yerinə yetirə bilmir. Daha əvvəl ABŞ-dan olan ekspertlər bildirmişdilər ki, dünyadakı hər 69 uşaqdan biri autizmdən əziyyət çəkir və hər il dünyada autizmli uşaqların sayı 13% artır.//sputnik.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300