Rusiyada "Sberbank”ın direktoru, 7 il ərzində ölkənin iqtisadi inkişaf naziri işləmiş German Qref Beynəlxalq əlillər günü ilə bağlı maraqlı addım atıb. O, fiziki imkanlarının məhdud olduğunu göstərən xüsusi geyimlə rəhbərlik etdiyi bankın filiallarından birinə yaxınlaşaraq kredit götürmək istəyib.

 

Virtualaz.org "RİA Novosti”yə istinadən xəbər verir ki, Qref talon götürərək kredit almaq istədiyini bildirib. Bankın əməkdaşı ilə söhbətində o, krediti əlil arabası almaq üçün götürdüyünü deyib.

 

Qeyd edib ki, 100 min rubl götürmək istəyir. Aylıq gəliri isə 30 min rubldur. Qref həmçinin gözlərinin tamamilə görmədiyini, qulağının isə çox zəif eşitdiyini bildirib.

 

O, bununla fiziki imkanları məhdud olan insanlara bankda necə xidmət göstərildiyini yoxlamaq istəyib.

 

Sonradan jurnalistlərlə söhbətində Qref qeyd edib ki, o, monitoru pis görürdü, operator qızın dediklərini isə güclə eşidirdi. Bir neçə dəqiqə "qəbulda” olduqdan sonra "Sberbank”ın rəhbəri operator xanıma onun yerinə keçməsini və özünü əlil kimi hiss etməsini xahiş edib. Deyib ki, əlillərə daha diqqətlə yanaşmaq və özünü onların yerinə qoymağa çalışmaq lazımdır.

 

Qeyd edək ki, German Qref 2007-ci ildən "Sberbank”a rəhbərlik edir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300