2016-cı ilin avqust-noyabr aylarında Rusiya 50 min tondan artıq şəkər ixrac edib.

RİA "Novosti” xəbər verir ki, bunu Rusiya Şəkər İstehsalçıları Birliyinin İdarə Heyətinin sədri Andrey Bodin bildirib.

Onun sözlərinə görə, Rusiyadan ən çox şəkər idxal edən Qazaxıstandır. Hesabat dövründə bu ölkəyə 25 min ton şəkər ixrac olunub.
Siyahıda ikinci yeri 16 min ton şəkər idxal edən Tacikistan tutur.

Sədr qeyd edib ki, qeyd edilən müddət ərzində Azərbaycan Rusiyadan 5,5 min ton şəkər idxal edib.

A. Bodin əlavə edib ki, mövsüm ərzində Rusiya 350 min ton şəkər ixrac etmək niyyətindədir.
Onun sözlərinə görə, bu il Rusiyada şəkər istehsalı 5,6 mln. ton səviyyəsində proqnozlaşdırılır.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300